Dünya

İraqda iranlı zəvvarları daşıyan avtobusa hücum edildi – VİDEO

Sharing is caring!

İraqda “Sədr” hərəkatı tərəfdarları ilə İrana bağlı proksi qüvvələri arasında baş verən silahlı toqquşmalarla əlaqədar olaraq İran vətəndaşları çarter reysi ilə təcili olaraq ölkələrinə qaytarılıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranın Aviasiya İdarəsinin rəis müavini bu barədə deyib:

“Hazırda İrandan İraqa bütün uçuşlar müvəqqəti ləğv edilib və İrandan İraqa heç bir uçuş həyata keçirilmir”.

Xatırladaq ki, bir neçə gün əvvəl İraqdakı “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlamışdı.

Bunun ardınca paytaxt Bağdadda onun tərəfdarları küçələrə çıxıblar.

Son məlumata görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 30-a çatıb, azı 380 nəfər yaralanıb.

İğtişaşlarla əlaqədar İraqda komendant saatı tətbiq olunub.

İraq İranla sərhədini bağlayıb.
 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir