Siyasət

Brüsseldə əldə edilən nəticələr Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur – RƏY

Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki, postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər qətiyyət tələb edirdi: “Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. […]

Cəmiyyət

Sankt-Peterburqdan Bakıya əlavə reys açılacaq

Sentyabrın 7-dən “Utair” sərnişinlərin yüksək tələbatı ilə əlaqədar Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq. Bu barədə çərşənbə günü “Northern Capital Gateway” hava limanının idarə olunması şirkətinin mətbuat xidməti məlumat yayıb. “Utair” Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3 dəfədən 4-ə çatdıracaq. Sentyabrın 7-dən etibarən daşıyıcı əlavə reys açacaq. Aviaşirkət uçuşları bazar ertəsi, çərşənbə, cümə axşamı […]

Siyasət

Brüsseldə İlham Əliyevin diplomatik zəfəri: Şarl Mişelin vasitəçiliyi ilə sülh üçün nəhəng addım

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub. Görüşün nəticələri Cənubi Qafqazda yaxın gələcəkdə formalaşacaq mənzərə ilə bağlı bir sıra aydın təsəvvürləri ortaya qoyub. Nəticələr […]

Cəmiyyət

İran rejimi Müqtəda Sədrə qarşı – VİDEO

İran hakimiyyəti heç vəchlə milli kimliyə əsaslanan şiəliyi qəbul etmir və bölgədə yalnız özünün təbliğ etdiyi vilayətçi baxışının hakim olmasına çalışır.  Təsadüfi deyil ki, Bakıda keçirilən son Məhərrəmlik mərasimlərində Azərbaycanın dövlət bayrağının mövcudluğu  İran və onun əlaltıları tərəfindən etiraz və tənqidlərlə qarşılanmışdı.  İraqda baş verənlər ən azından İranın şiə əhalinin yaşadığı qonşu ölkələrə münasibətdə yürütdüyü […]

Cəmiyyət

Xarici jurnalistlər Şuşada – VİDEO

Birləşmiş Millətlər Təşkilatında akreditə olunan xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələri işğaldan azad edilmiş Şuşa şəhərinə səfər ediblər.  Jurnalistlər səfər çərçivəsində Şuşadaki tarixi məkanlarla yaxından tanış olublar. “TRT World”ün jurnalisti Muttalip Ərdoğan bildirib ki, ermənilər bu əraziyə öz sakinlərini yerləşdirib, buranı abadlaşdıra bilərdilər. Amma onlar bu tarixi şəhəri məhv etməklə məşğul olublar. Daha ətraflı Baku TV-nin […]

Siyasət

Müdafiə naziri Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi […]

Cəmiyyət

“Müharibə səhifəsi”ni bağlamaq istəyən Azərbaycan Brüsselə üstün yollanan tərəfdir – VİDEOREPORATJ

101 gün sonra yenidən Brüsseldə Avropa İttifaqının prezidentinin vəsitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşiyan arasında bu formatda ümumilikdə dördüncü görüş baş tutub.  Əsas məsələ sülh sazişinin imzalanması prosesini daha da sürətləndirməkdir.  Mayın 22-də baş tutan sonuncu görüşdə üçtərəfli əsasda qəbul edilmiş qərarların icra vəziyyəti belədir: Sərhədlərin delimitasiyası – bu işə məsul olan […]

İdman

İki qadın şahmatçımız Avropa çempionatında medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında sonuncu – XI turun oyunları keçirilib. “Report”un xəbərinə görə, turnir cədvəlinin 2-ci pilləsində olan Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib. Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka […]

Cəmiyyət

Qəbələdə bələdiyyə torpağında yanğın başlayıb

Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. […]