Dünya

Rusiyalı məşhur müğənni sevgilisinin xəyanətini eşidib insult keçirtdi – FOTO

Rusiyalı müğənni və model Anna Kalaşnikova sevgilisinin xəyanət etdiyi ilə bağlı şayiələrdən sonra halı pisləşib, o, insult şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib. Bundan əvvəl sosial şəbəkədə Kalaşnikovanın üç il münasibətdə olduğu sevgilisi bankir İvan Semyonovun Rusiyada tanınmış aparıcı, müğənni, aktrisa və dizayner Olqa Buzova ilə tədbirlərin birində səmimi görüntüləri yayılıb. Bundan əlavə, Semyonovun ona […]

Mədəniyyət

Ceff Bezos 25 illik evliliyinə son qoyan sevgilisi ilə tarixin ən bahalı serialının təqdimatında – FOTO/VİDEO

“Amazon”un qurucusu Ceff Bezos Londonda “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” (“The Lord of the Rings: The Rings of Power”) teleserialının təqdimatına sevgilisi Loren Sançeslə qatılıb. Tədbirdə 58 yaşlı milyarder eleqant qara kostyumda, sevgilisi 52 yaşlı Sançes isə yunan stilli qırmızı geyimdə olub. Qeyd edək ki, biznesmenlə telejurnalistin eşq macərası barədə 2019-cu ilin yanvarında məlum olub. Bundan […]

İdman

“Qarabağ”ın rəqibi xal itirdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa çempionatında növbəti matçını keçirib. Oxu.Az xəbər verir ki, komanda V turda səfərdə “Strasburq”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1. Qeyd edək ki, bu nəticədən sonra “Nant” Liqa 1-də 5 turda topladığı 6 xalla 9-cu sıradadır. Xeberal.az

Siyasət

Brüssel görüşünün uğurları nələrdir? – ŞƏRH

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirildi. Bu, tərəflər arasında növbəti üçtərəfli görüş idi. Əvvəlki müzakirələr nəticəsində də ciddi nəticələr əldə olunmuşdu. Yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti təzahürü olmaqla yanaşı, Aİ-nin və […]

MARAQLI

Peskovun qızını aldadıb kartındakı pulları çəkiblər – FOTO/VİDEO

Kremlin sözcüsü Dmitri Peskovun qızı Liza bank kartları ilə bağlı fırıldaqçıların hiyləsinə tuş gəlib. Bu barədə Peskovun özü danışıb. “Bu insanlar inandırmağı bilirlər. Bu da istedaddır. Ancaq yaxşı məqsəd üçün deyil, cinayət üçün istifadə olunan bacarıqdır. Onlar, təəssüf ki, bu istedadın sahibidirlər. Qızım keçən il onların tələsinə düşdü”, – deyə Peskov vurğulayıb. O, qızına fırıldaqçıların […]

Dünya

İspaniyada nəhəng dolu yağdı: Ölən və xəsarət alanlar var – VİDEO

İspaniyanın Cirona şəhərinə diametri təxminən 10 santimetr olan dolu yağıb. Təbiət hadisəsi nəticəsində bir nəfər həyatını itirib. Belə ki, dolu zamanı iri buz parçaları körpə uşağın başına düşüb. Xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb. Yağan dolu nəticəsində 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, avtomobilə, yaşayış evlərinə ziyan dəyib. İspaniyalı meteoroloqlar bildiriblər ki, bu […]

İdman

Maqnus Karlsen: “Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur”

“Uduzmaq qorxusu dünya çempionluğu uğrunda oyuna çıxmamağımın mühüm səbəbidir”. Bunu şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen Leks Fridmanın “YouTube” kanalına müsahibəsində bildirib. Beşqat dünya çempionu rusiyalı Yan Nepomnyaşi ilə 2023-cü ildə keçiriləcək dünya çempionatı matçında öz titulunu qorumamasının səbəblərindən danışıb. O, etiraf edib ki, rusiyalı rəqibinə uduzmamaq üçün bu görüşdən imtina edib. “Dünya çempionatında […]

Cəmiyyət

Balakəndə fındıq bağlarında yanğın olub

Balakəndə əhaliyə məxsus fındıq bağlarında yanğın olub. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Talalar kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal […]

Dünya

Türkiyənin səhiyyə naziri koronavisura yoluxub – FOTO

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca koronavirusa yoluxub. Bu barədə o, özünün sosial şəbəkə səhifəsində məlumat verib. Nazir beş gün öncə COVID testinin pozitiv çıxdığını, hazırda işlərinə məsafədən davam etdiyini açıqlayıb. Qoca tezliklə yenidən iş başında olacağını da qeyd edib. Covid-19 testim beş gün önce pozitif çıktı. Salgınla mücadele kadar önemli bulduğum Sağlıkta Beyaz Reform çalışmalarını […]