Cəmiyyət

“Müharibə səhifəsi”ni bağlamaq istəyən Azərbaycan Brüsselə üstün yollanan tərəfdir – VİDEOREPORATJ

Sharing is caring!

101 gün sonra yenidən Brüsseldə Avropa İttifaqının prezidentinin vəsitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşiyan arasında bu formatda ümumilikdə dördüncü görüş baş tutub. 

Əsas məsələ sülh sazişinin imzalanması prosesini daha da sürətləndirməkdir. 

Mayın 22-də baş tutan sonuncu görüşdə üçtərəfli əsasda qəbul edilmiş qərarların icra vəziyyəti belədir:

Sərhədlərin delimitasiyası – bu işə məsul olan komissiyaların iki iclası keçirilib. 

Kommunikasiyaların açılması – Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycan əməli işlər görür – bura həm avtomobil, həm dəmiryolu, hətta enerji ötürücü xəttləri çəkilməsi daxildir. Beynəlxalq daşımaların tənzimlənməsi ilə bağlı isə Ermənistan tərəfinin vaxtı uzatma niyyətinin şahidiyik. 

Humanitar sahə – Ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyinin müzakirəsi ilə bağlı ciddi niyyətin ifadəsini görmürük. 

Daha ətraflı AzTV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir