Dünya

Kosovo Serbiyada verilmiş sənədlərlə bağlı proseduru təxirə salıb

Tanınmamış Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb. Bu barədə tanınmamış qurumun səlahiyyət orqanları məlumat yayıb. Qeyd edək ki, ötən axşam Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xətdə gərginlik yaranıb. Buna səbəb Kosovonun Serbiya nömrəli avtomobillərə qadağa tətbiq etmək planı olub. Yaranmış gərginliyə NATO-nun Kosovodakı missiyası (KFOR) da münasibət […]

Cəmiyyət

Bakıda bir ailənin dörd üzvünü avtomobil vurub

Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb. Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları – 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif […]

Cəmiyyət

Bakı metrosunda sərnişin huşunu itirib

Bakı metrosunda sərnişinin halı pisləşib. Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb. Gənc qız bir anda huşunu itirərək, yerə yıxılıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər: “Xanım sərnişin üçün təcili tibbi yardım briqadası […]

Dünya

Kembric hersoginyası ictimaiyyət qarşısına şortla çıxıb – FOTO

Kembric hersoginyası Keyt Middlton Plimutda beynəlxalq Yelkən Qran-Prisindəki katamaran yarışlarında iştirak edib. O, tədbirə qızıl rəngli düymələrlə bəzədilmiş 199 funt sterlinq dəyərində ağ kətan “Holland Cooper” şortu ilə gəlib. Yarışmada Keyt Middlton kapitan Ser Ben Aynslinin heyətinə qatılıb. Qeyd edək ki, tədbir xeyriyyə xarakteri daşıyıb və ictimaiyyətin diqqətini “1851 Trust” uşaq fondunun “Gələcəyini qoru” proqramına […]

İdman

NBA tarixinin ən çox mükafat alan basketbolçusu vəfat etdi

Əfsanəvi NBA basketbolçusu Bill Rassel 88 yaşında vəfat edib. O, çoxsaylı titullara görə liqa rekorduna sahib olub. Belə ki, 13 mövsüm ərzində (1956-1969) idmançı Boston klubu ilə 11 dəfə çempionluq qazanıb. Basketbolçu həmçinin beş dəfə mövsümün MVP mükafatını əldə edib və 12 dəfə “All-Star” oyununda iştirak edib. Bundan əlavə, Rassel “Celtics”in baş məşqçisi kimi iki […]

Dünya

Silvestr Stallone “Rokki”nin müəllifini təhqir etdi

Aktyor Silvestr Stallone sosial şəbəkədə “Rokki” franşizasının prodüseri İrvin Uinkleri tənqid edib. Sənətçi boksçu İvan Draqo və oğlu haqqında filmin hazırlanması ilə bağlı xəbərdən hiddətlənib. O, prodüseri bədbəxt adlandırıb və ondan etdiklərindən sonra güzgüyə necə baxdığını soruşub. Qeyd edək ki, Stallone və Uinkler məşhur film silsiləsinin hüquqları üzərində uzun müddət mübahisə ediblər. Mənbə: gazeta.ru Xeberal.az

Dünya

366 il əvvəl İspan gəmisinin batdığı ərazidə xəzinə tapıldı

1656-cı ildə İspaniyanın “Nuestra Señora de las Maravillas” gəmisi Baham adalarında, sahildən 70 km aralıda batıb. 366 il ərzində gəminin dəniz dibindən çıxarılmasına bir neçə dəfə çalışılsa da, bütün cəhdlər uğursuz olub. Bu yaxınlarda Baham adaları hökumətindən yerli və amerikalı dəniz arxeoloqları, dalğıclarla birlikdə ərazini araşdırmaq üçün lisenziya alan “Allen Exploration” şirkəti bölgədən çoxsayda qızıl […]

İdman

Fransa Superkubokunu PSJ qazandı – VİDEO

Fransa Superkubokunun qalibi bəlli olub. Oxu.Az xəbər verir ki, həlledici görüşdə PSJ ilə “Nant” üz-üzə gəlib. Qarşılaşma parislilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Neymar dublla yadda qalıbsa, Messi və Serxio Ramos hərəyə bir dəfə fərqləniblər. Oyunun qollarını təqdim edirik: Xeberal.az

Cəmiyyət

Şəkidə yeniyetmə göldə batıb

Şəkidə yeniyetmə göldə batıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Aydınbulaq kəndində baş verib. Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində “Keşiş gölü” kimi tanınan göldə çimərkən boğularaq ölüb. Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm […]