MARAQLI

Tonqada vulkan püskürməsi nəticəsində 90 metr hündürlükdə sunami yaranıb – VİDEO

21-ci əsrdə ən güclüsü sayılan Tonqada (Polineziya) vulkan püskürməsi 90 metr hündürlüyündə sunamiyə səbəb olub. Bu barədə “Ocean Engineering” jurnalında məqalə dərc olunub. Məlumata görə Hunqa-Tonqa-Hunqa-Haapay vulkanının püskürmədən yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurub. Kül sütunu stratosferə çatıb və 58 kilometr hündürlüyə qalxıb. Alimlərin həyata keçirdiyi kompüter simulyasiyalarına əsasən müəyyən edilib […]

Dünya

Türkiyədə taksi yük maşının yoluna çıxdı, müştəri faciəvi şəkildə öldü – ANBAAN VİDEO

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. Yol kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan taksi sürücüsü TIR-ın qarşısına çıxıb.   Hadisə nəticəsində taksidə olan müştəri həyatını itirib. Taksinin və yük maşınının sürücüsü isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Mənbə: İHA Xeberal.az

Dünya

Qara dənizdə dəhşətli burulğan – VİDEO

Türkiyənin İstanbul şəhərinin Arnavutköy səmtində səhər saatlarında burulğan meydana gəlib. Meteorologiya idarəsinin hava ilə bağlı xəbərdarlığından sonra Qara dənizin Karaburun sahilində burulğan müşahidə olunub. Qorxu yaradan təbiət hadisəsi vətəndaşlar tərəfindən lentə alınıb. Videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Mənbə: Haber Global Xeberal.az

Dünya

“Papa John’s” Belarusu tərk edir

ABŞ-ın pizza restoranları şəbəkəsi “Papa John’s” Belarusda yerləşən iaşə müəssisələrini bağlayır. Şirkətdən verilən məlumata görə, sentyabrın 1-də onların son iş günü olacaq. “Papa John’s” Belarusun yeddi şəhərində 21 restorana sahibdir. Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra brend həm Rusiya, həm də Belarusda fəaliyyətini məhdudlaşdırıb. Mənbə: TASS Xeberal.az

Dünya

Alek Bolduin çəkiliş meydançasındakı faciədən sonra yenidən rol alacaq

Hollivud aktyoru Alek Bolduin yenidən rol alacaq. Aktyor “Pas” filminin çəkiliş meydançasındakı faciəvi hadisədən sonra ilk rolunu oynayacaq. Onun “Broadway” tamaşasının səhnələşdirilməsində iştirak edəcəyi bildirilir. Aktyorun Yasmin Rzanın “Sənət” tamaşasında oynayacağı dəqiqləşib. Tamaşanın premyerası 2023-cü ilin yazına nəzərdə tutulub. Mənbə: İzvestiya Xeberal.az

Dünya

Çində COVID-19 testi üçün izdiham – VİDEO

Çində koronavirus testi üçün tibb mərkəzinin qarşısında növbəyə dayanan insan izdihamı sosial şəbəkələrdə geniş müzakirə olunub. Xatırladaq ki, Çin hökuməti ötən gündən etibarən ölkənin Şençjen və Quançjou şəhərlərində lokdaun elan edib. Hər iki şəhərdə ibtidai və orta təhsil müəssisələrində yeni tədris ilinin bərpasını təxirə salınıb, dərslərin onlayn rejimdə keçirilməsinə dair göstəriş verilib. Mənbə: Nexta Live […]

İdman

“Roma”lı futbolçuya viza verilmədi, transferi ləğv edildi

“Roma”nın ulduz futbolçusu Castin Klüyvertin İngiltərə Premyer Liqasına transferi ləğv edilib. İngiltərə Federasiyası futbolçuya iş vizası verməyib. İtaliya A Seriyasının komandalarından olan “Roma”dan ayrılmaq üçün günləri sayan niderlandlı futbolçu Castin Klüyvert böyük şok keçirib. “Fulhem”ə transfer olmaq üçün anlaşan Klüyvert İngiltərə Futbol Federasiyası ilə problem yaşayıb. Sərt qaydalar tətbiq edən İngiltərədə xaricdən transfer olunan futbolçular […]

İdman

Balotelli karyerasında 10-cu klubla müqavilə imzaladı

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli “Sion”la müqavilə imzalayıb. Türkiyə klubu 32 yaşlı italiyalıya görə 2,62 milyon avro alacaq. Ötən mövsüm Balotelli Türkiyə çempionatında 31 oyun keçirib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib. Qeyd edək ki, “Sion” italiyalı hücumçunun sayca 10-cu klubudur. Bunadək o, “İnter” (İtaiya), “Mançester Siti” (İngiltərə), “Milan” (İtaliya), “Liverpul” (İngiltərə), “Nitsa” […]

Dünya

İranın Qum şəhərində iki molla dəmir boru ilə döyüldü – FOTO

İranın Qum şəhərindəki iki fərqli məscidin mollaları naməlum şəxslər tərəfindən dəmir boru ilə döyülüb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Hücumçular iki nəfər olublar. Zərərçəkənlərdən birinin sözlərinə görə, naməlum şəxslər onları öldürmək istəyib, ancaq sakinlərin köməyə gəldiyini görüb, qaçıblar.   Xeberal.az