Cəmiyyət

Azərbaycanda daha iki azyaşlının evləndirilməsinin qarşısı alınıb

“Bu dəfə də 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsinə mane olunub”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. “Bu dəfə övladlarına təhsil vermək əvəzinə, evləndirməyi üstün tutan Goranboy rayon sakinləri olublar. Dövlət Komitəsi tərəfindən faktın dərhal araşdırılması üçün Goranboy Rayon İcra […]

İdman

“Qalatasaray” “Konyaspor”un müdafiəçisini sıralarına qatdı – VİDEO

Türkiyənin “Qalatasaray” klubu “Konyaspor”un təcrübəli müdafiəçisi Abdulkərim Bardakcını sıralarına qatıb. 27 yaşlı müdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Qeyd olunur ki, “Konyaspor” bu transferdən 2 milyon 800 min avro xalis transfer haqqı götürəcək. ? Türkiye’nin en büyüğüne hoş geldin Abdülkerim Bardakcı! ?❤️ pic.twitter.com/21aKGAyoAK — Galatasaray SK (@GalatasaraySK) June 25, 2022 Mənbə: “Qalatasaray”ın rəsmi “Twitter” səhifəsi […]

Dünya

Almaniya Ukraynaya 1 milyard avro vəsait ayırdı

Almaniya hökuməti Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində maliyyə yardımı ayırıb. Bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. “Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək”, – deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur. Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan […]

MARAQLI

Vətənpərvər Azərbaycan əsgəri

Azərbaycanlıyam! Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü […]

İdman

Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub

Xorvatiyanın Poreç şəhərində iyunun 23-dən 25-dək keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb. Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub. Çempionatın ilk günü oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq. çəkidə Şahin Oruczadə və -60 kq. çəkidə […]

Siyasət

Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev  “İnstagram” hesabında Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Paylaşımda 26 iyun Silahlı Qüvvələr günü sözləri qeyd edilib. Qeyd edək ki, sabah Azərbaycanın Silahlı Qüvvələri Günüdür. Silahlı Qüvvələrin yaradılmasından 104 il ötür.         Посмотреть эту публикацию в Instagram                       Публикация от @presidentaz […]

Dünya

İranda qiymət artımı fonunda soyğunçuluq – VİDEO

İranda son vaxtlar insanlar qiymət artımına aksiyalar keçirərək etiraz edirdisə, hökumətdən cavab ala bilməyən sakinlər indi də küçənin ortasında açıq soyğunçuluğa əl atır. Baku TV xəbər verir ki, baş verən bu soyğunçuluq az qala son həftələrin ənənəsinə çevrilib, hətta sayı məlum olmayan oğrular İran Milli Bankının şəhərin mərkəzində yerləşən filialına daxil olaraq vətəndaşlara aid çoxlu […]

Cəmiyyət

Goranboyda 1 tondan çox yabanı narkotik bitkisi məhv edilib

Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik bitkisi aşkarlanıb. DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Goranboy rayonunun Erkəc kəndi ərazisindən Mənəşli kəndi ərazisinədək 1,4 hektar sahədən 1 ton 613 kiloqram çəkidə 3585 ədəd yabanı halda bitən narkotik bitkisi toplanaraq yandırılıb. Xeberal.az

İdman

Boatenq azarkeşlər üçün dönər kababı hazırladı – VİDEO

Boatenq Almaniya “Herta”sı ilə müqaviləsini uzatması münasibətilə qeyri-adi addım atıb. 35 yaşlı yarımmüdafiəçi Berlin komandasının azarkeşləri üçün 2 023 ədəd dönər kababı sifariş edib. Kabablar “Herta”nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq. Qeyd edək ki, Kevin-Prins Boatenq “Herta” ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb. Mənbə: Hurriyet Xeberal.az

Dünya

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – FOTO/VİDEO

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan güclü meşə yanğınları artıq tam nəzarət altına alınıb. “Report”un Muğlaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bölgənin xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə edilən yerlərə intensiv müdaxilələr nəticəsində yanğın tam nəzarət altına alınıb. Belə ki, iyunun 24-də gecə saatlarından bəri həcminə görə ən […]