Cəmiyyət

Göygöldə avtomobil qəzası olub, ölən var

Göygöldə ölümlə nəticələnən avtomobil qəzası olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Zurnabad kəndində qeydə alınıb. Qəza zamanı A.Bayramov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

İranda güclü zəlzələ olub, ölən və yaralananlar var

İranda 5,6 bal gücündə zəlzələ olub. Dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb. Zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb. Kiş adası xəstəxanasının baş həkimi Mostafa Nadealinejad bildirib ki, yaralılardan 4-ü yıxılaraq xəsarət alıb, üçüncü mərtəbədən yıxılan bir nəfərin beyin silkələnməsi var. Mənbə: Fars Xeberal.az

Siyasət

Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb – FOTO

Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılış mərasimi keçiriləcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı öz “Twitter” hesabında bildirib. “11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun Gəncədəki ilk şəhidləri üçün Səfirliyimizin nəzarəti və iş adamlarının dəstəyi ilə Şah Abbas Məscidinin qarşısında Şəhidlər Memorialı inşa edilib. Gəncədəki Baş konsulumuzla birgə açılışdan qabaq abidəyə baş çəkdik” […]

İdman

Sərbəst güləşçilərimiz Romada birinci oldular

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub. Sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıb. Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev […]

Cəmiyyət

Məscidlərin önündə asılmayan bayrağımız

“Milli kimliyimizin ən uca atributu olan bayrağın məscidlərin önündə yer alması ideoloji baxımdan zəruridir, məscidə gələn gənclərin milli şüura, məfkurəyə və Azərbaycanın dövlət maraqlarına bağlılığının möhkəmlənməsi üçün vacibdir. Hətta bu məsələnin indiyədək kütləviləşməməsi dövlət maraqlarımızla bir araya sığmır”. Azərbaycan bayrağı dövlət idarələrinin və müxtəlif məkanların qarşısında asılır, rəsmi tədbirlərdə dövlətin bir atributu kimi diqqət cəlb […]

Kriminal

Sumqayıtda 84 yaşlı nənəsinin qətlində şübhəli bilinən nəvə tutulub

İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Baş Prokuroluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən […]

Kriminal

Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb – VİDEO

Gəncə şəhərində 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilməsini əks etdirən görüntülər yayılıb. Hadisənin iyun ayının 23-də baş verdiyi bildirilir. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev saxlanılıb. Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açlıb. Xeberal.az

Cəmiyyət

Kütləvi ölümlər olmayacaq, virus zəifləyib

Həkimlər deyir ki, koronavirusa yoluxmada artımlar olsa da, əvvəllər olduğu kimi kütləvi ölümlər olmayacaq. İlk növbədə ona görə ki, virus özü də zəifləyib, digər tərəfdən isə əlimizdə effektiv dərman preparatları da var. Son iki ayda koronovirusla bağlı təlaş, demək olar ki, yox səviyyəsində idi. Hər gün açıqlanan statistika da ürəyimizə su səpirdi. 4 rəqəmli yoluxma […]

Dünya

Boris Conson: “Ukraynana “pis sülhə” məcbur edilə bilər”

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna hadisələri ətrafında mənfi tendensiyanın müşahidə edildiyini bəyan edib. B.Conson Ukraynanın “pis sülh” bağlamağa məcbur edilə biləcəyindən qorxduğunu bildirib. “Ukraynalıları “pis sülhə” təşviq etmək və ya məcbur etmək üçün təzyiqlər artacaq”, – deyə B.Conson britaniyalı jurnalistin suallarına cavab verərəkən vurğulayıb. B. Conson əlavə edib ki, Vlaimir Putinə “öz yolu […]