Dünya

Almaniya Ukraynaya 1 milyard avro vəsait ayırdı

Sharing is caring!

Almaniya hökuməti Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində maliyyə yardımı ayırıb.

Bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək”, – deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan 300 milyon avro dəyərində uzunmüddətli güzəştli kreditlər alıb.

Mənbə: Mof.gov.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir