AKTUAL

Fəzail Ağamalıya dil Uzadanlara Vətəndaş Şərhləri

Milli Məclisin deputatı Fəzail Ağamalı hər zaman öz Xalqını,Dövlətini sevən bir Millət Vəkilidir. Son zamanlar sifarişli qərəzli yazılar yazılır,səbəb odur ki,vətəndaşların haqqın yeyən bəzi məmurlara öz iradların bildirir,bu iradları həzm etməyənlər başlayıblar sifarişli yazılar dərc etdirməyə, Fəzail Ağamalı deputat seçildiyi 60 saylı Salyan Neftçala seçki dairəsində öz vəzifə borcun şərəflə yerinə yetirir.Bunu görən qara piyarçılar […]

Dünya

Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edildi – FOTO

İsraillə kəşfiyyat müharibəsində son məğlubiyyətlərinin nəticəsi olaraq SEPAH-ın yüksək rütbəli komandanlarının yerdəyişməsindən sonra, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın Ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın “Vəli-ye Əmr” birləşməsinin komandanı təyin edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Xatırladaq ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və […]

İdman

Azərbaycanın güləşçisi medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində final görüşünə çıxıb. 57 kq çəki dərəcəsində rəqib almaniyalı Horst Ler olub. Qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan Rzazadə qızıl medal qazanıb. Qeyd edək ki, bu gün həmçinin, Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov (74), Abubakr Abakarov (86 kq), […]

İqtisadiyyat

Baş nazir Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verib – FOTO

Baş nazir Əli Əsədov Ələt Azad İqtisadi Zonasında aparılan işlərlə yerində tanış olub. Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və energi təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub və konkret tapşırıqlar verilib. Daha sonra Baş nazir Bakı Beynəlxalq Dəniz […]

İdman

Azərbaycan cüdoçusu Avropa Kubokunda medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Aytac Qardaşxanlı Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında keçirilən Avropa kubokunda bürünc medal qazanıb. 63 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Yuliye Falqonla qarşılaşıb. Rəqibinə qalib gələn Qardaşxanlı fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Xeberal.az

Cəmiyyət

Rusiya Ukraynaya Belarus ərazisindən aviazərbələr endirdi – 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycan ordusu ən parlaq dövrünü yaşayır. Vətən müharibəsində bütün dünyaya gücünü sübut edən Ordumuz 104 yaşında. Rusiya Ukraynaya Belarus ərazisindən aviazərbələr endirdi. Müdafiə Nazirliyindən açıqlama. Sakit okenada yeni ittifaq yaradıldı. 5 ölkədən ibarət alyansın məqsədi nədir? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Daşkəsəndə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Ruslan Cabbarov və 1990-cı il təvəllüdlü Rövşən Alıyev xəsarət alıblar. Qəza zamanı xəsarət almış daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Müharibə

M.Əliyev: “Sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı tapşırıqların icrası yoxlanılır”

“Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. Bununla bağlı biz müvafiq ərazilərdə olur, görülən işlərlə maraqlanır, yerindəcə öyrənir, prosesin uğurla başa çatdırılması üçün […]

Cəmiyyət

Bakıda 54 yaşlı müəllim vəfat etdi – FOTO

Bakıda 54 yaşlı coğrafiya müəllimi  vəfat etdi. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.  Belə ki, Zaur Nudirəliyəv adına 47 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Qələndərova Firuzə Bahadur qızı rəhmətə gedib. Qeyd edək ki, 1968-ci il təvəllüdlü müəllim F.Qələndərova uzun sürən ağır xəstəlikdən vəfat edib. Ailəli idi, iki övladı var. Könül […]