Cəmiyyət

Azərbaycanda daha iki azyaşlının evləndirilməsinin qarşısı alınıb

Sharing is caring!

“Bu dəfə də 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsinə mane olunub”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

“Bu dəfə övladlarına təhsil vermək əvəzinə, evləndirməyi üstün tutan Goranboy rayon sakinləri olublar.

Dövlət Komitəsi tərəfindən faktın dərhal araşdırılması üçün Goranboy Rayon İcra Hakimiyyətinə, həmçinin rayon Polis Şöbəsinə, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzinə təcili olaraq məlumat verilib.

Onlar da dərhal ailəyə səfər edərək faktın doğruluğunu araşdırıblar.

Məlum olub ki, ailəsi hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı uşağı evləndirməyə hazırlaşırmış”.

T.Mərdanoğlu qeyd edib ki, bu gün xına mərasiminə hazırlaşan ailə 27 iyul tarixində toy edəcəkmiş.

Komitə rəsmisi sözlərinə əlavə edərək bildirib ki, ikinci erkən nikah da elə həmin rayonun digər bir kəndində baş tutacaqmış:

“Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə ailəyə səfər edən qurum rəsmiləri toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşısı alınıb. Qurum tərəfindən hər iki ailə və onların oğlan tərəfi ilə də söhbətlər aparılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir