Dünya

Reyn çayının daşması Almaniyada həyatı iflic edib – FOTO/VİDEO

Sharing is caring!


Almaniyada Reyn çayının daşması nəticəsində Köln, Bonn, Düsseldorf kimi şəhərlərdə həyat iflic olub.

“Report”un Avropa bürosunun məlumatına görə, Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çayın sahilində yerləşən bu şəhərlərdə suyun səviyyəsi son bir həftədə iki metr qalxaraq 6,5 metrlik bir həddə çatıb.

Nəticədə sahilə yaxın ev, iş yerləri, ticarət obyektləri, parklar su altında qalıb. Çayın daşması xüsusilə nəqliyyatın hərəkətində problemlər yaradıb. Bir çox iş yeri əməkdaşlarına evdə qalmaları ilə bağlı çağırışlar edib.

Limanları su basdığına görə bərə səfərləri təxirə salınıb, yük gəmilərinin hərəkəti məhdudlaşdırılıb. Yanacaq daşıyan gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu, yanacağın qiymətində artıma səbəb olub.

Qeyd edək ki, Almaniyada sonuncu belə təbii fəlakət 2021-ci ildə qeydə alınıb. Reyn çayında suyun səviyyəsinin səkkiz metr qalxması 135 nəfərin ölümünə səbəb olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir