İdman

İspaniyalı futbolçu qarət edildi: Cinayətkarlar onun bahalı qol saatını oğurlayıblar

İstirahət üçün İspaniyanın Valensiya şəhərini seçən Almaniyanın “Leypsiq” klubunun yarımmüdafiəçisi Dani Olmo qarət edilib. Cinayətkarlar ispan futbolçunun küçədə bahalı “Rolex” saatını oğurlayıblar. Hadisə ispaniyalı futbolçunun qardaşı ilə bərbərdən çıxarkən baş verib. Qeyd olunur ki, salonun çıxışında “Leypsiq”in oyunçusunu gözləyən iki nəfər futbolçuya hücum edərək onun 30 min avro dəyərində (53 min manat) olan bahalı saatını oğurlayıblar. […]

Cəmiyyət

Bakıda bəzi yollarda sıxlıq var – SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb. Mərkəzdən verilən xəbərə görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır: 1. Bakı Sumqayıt şosesi – Masazır dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər sıxlıq müşahidə edilir; 2. Ziya Bünyadov prospekti – “Çermet” körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər “20 Yanvar” dairəsi […]

Dünya

“Tutanxamonun lənəti”nin sirri açıldı

Misirşünaslar firon “Tutanxamonun lənəti” ilə bağlı şayiələri təkzib ediblər. Deyilənlərə görə, bu şayiələri misirşünas və “Daily Mail”in jurnalisti Artur Veyqall icad edib. O, Tutanxamonun məzarının tapılması ilə bağlı eksklüziv hekayənin “Times” qəzetində peyda olmasından inciyib. İngilis arxeoloqu Hovard Karter 1922-ci il noyabrın 4-də Misir fironunun məzarını kəşf edib. Növbəti ilin fevralında isə o, ingilis misirşünası […]

AKTUAL

Rasim Həsənov sakinləri cana doyurub:Etiraz yürüşləri QAÇILMAZDIR – VİDEO

Xırdalan şəhəri, “Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri iş adamı, hər iki MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçi olduqlarını bildiriblər. Xəbəral.az xəbər verir ki, AzTimes.az-a danışan sakinlər illərdir yaşadıqları mənzilləri üçün çıxarış ala bilmədiklərini deyiblər. Onların sözlərinə görə, binanın 3 ilə hazır olub, çıxarış veriləcəyini deyən Rasim Həsənov illərdir binanı təhvil verə bilməyib. Sakinlər binada iki […]

Müharibə

“Rossiya 1” telekanalı işğaldan azad edilmiş Azərbaycan torpaqları ilə bağlı reportaj hazırlayıb – VİDEO

Rusiyanın “Rossiya 1” telekanalı işğaldan azad edilmiş Azərbaycan torpaqları ilə bağlı reportaj hazırlayıb. “30 ilə yaxındır ki, Qarabağın ərazisi tamamilə belə bərbad vəziyyətdədir. Azərbaycanlıların bu torpaqlara daxil olanda gördükləri ilk iş yol şəbəkəsini bərpa etmək, hava limanı tikmək olub. Və hazırda dayandığımız ərazidə “Yeni Füzuli” yaşayış kompleksi tikməyi planlaşdırırlar”, – deyə süjetdə qeyd olunub. Daha […]

Cəmiyyət

Bakıdakı qəzada iki 10 yaşlı uşaq xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2012-ci il təvəllüdlü Qasımov Murad İntiqam oğlu və onun həmyaşıdı olan Zeynalova Ülkər Şamil qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

İdman

“Formula-1”: Kanadada qalib Ferstappen oldu

“Formula-1” üzrə Kanada Qran-Prisinin qalibi məlum olub. Oxu.Az xəbər verir ki, “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen müntəzəm çempionatın 9-cu mərhələsinin qalibi olub. İkinci yeri “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə yeddiqat dünya çempionu “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton tutub. O, bu mövsüm ikinci dəfə ilk üçlükdə qərarlaşıb, bundan əvvəl […]

Siyasət

Sahibə Qafarova Türkiyəyə işgüzar səfər edib

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib. Milli Məclisin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, S.Qafarova burada “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək. İstanbul Hava Limanında nümayəndə heyətini […]