Cəmiyyət

Bakıda körpəsi ardınca özünü yeddinci mərtəbədən atan hamilə qadının və uşağın vəziyyəti AÇIQLANDI – VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116 ünvanındakı yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb. Oxu.Az xəbər verir ki, İctimai TV hadisənin təfərrüatını araşdırıb.  Belə ki, ananın körpənin ardından özünü atmasından sonra dərhal onu qucağına aldığı və sakitləşdirməyə çalışdığı sözügedən görüntülərdə əksini […]

Cəmiyyət

Goranboyda 23 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib

Goranboyda yerli sakinə kəsici alətlə xəsarət alıb. “Report” xəbər verir ki, Yuxarı Ağcakənd qəsəbəsində qeydə alınıb. Rayon sakini, 23 yaşlı T.Cavadov sol qoltuq altı nahiyəsindən kəsici alətlə xəsarət alıb. O, xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

İqtisadiyyat

Ukraynadan taxıl daşınması üçün Macarıstandan TƏKLİF

Ukrayna ərzaq məhsullarının Macarıstan ərazisindən daşınması təklif edilib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. “Adi marşrutların pozulduğuna görə, Macarıstan Ukrayna taxılının ixracı üçün mümkün marşrut kimi öz ərazisini təklif edib”, – deyə o Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair çıxışında bildirib. Qeyd etmək lazımdır ki, Rusiya işğalı səbəbindən Ukraynadan taxıl ixracı xeyli çətinləşir. Ukrayna dövləti Qara […]

Cəmiyyət

Samuxda 51 yaşlı kişi özünü asıb

Samux rayonunda yerli sakin özünü asaraq intihar edib. “Report” xəbər verir ki, Samux rayon sakini, 1971-ci il təvəllüdlü E.Əliyev özünü yaşadığı evin həyətində asaraq intihar edib. Onun intihar etmə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

Gürcüstanın baş naziri: “Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”

“Nə Ukraynaya, nə də Moldovaya paxıllıq edirəm”. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edən qərarını şərh edərkən deyib. “Biz yaxşı bilirik ki, Ukrayna çətin vəziyyətdədir, ərazisinin 20%-i artıq itirilib və müharibə davam edir. Moldova da çox çətin vəziyyətdədir. Moldova müharibədən ilk əziyyət çəkənlərdən olub. Ona […]

Cəmiyyət

Dənizdə bir nəfər batdı

Xəzər dənizində bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) bir nəfər batıb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək. Xeberal.az

Dünya

İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək

İsraildə erkən parlament seçkiləri keçiriləcək. Məlumata görə, hökumət koalisiyası tərəfdaşlarından olan baş nazir Naftali Bennet və xarici işlər naziri Yair Lapid parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə razılığa gəliblər. Seçkilərin tarixi hələ ki, açıqlanmayıb. Mənbə: “Anadolu” Xeberal.az

Dünya

Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” – FOTO

Rusiya prezidenti Vladimir Putin Qərbdən gələn demokratiya qığılcımının ölkəsinə yayıla biləcəyindən ehtiyat edir. Bunu Almaniya kansleri Olaf Şolts öz “Twitter” səhifəsində yazıb. “Görünür, Putin Rusiyaya demokratiya qığılcımının düşə biləcəyindən qorxur. Ona görə də uzun illərdir ki, NATO və Aİ-ni dağıtmağa yönəlmiş siyasət yürüdür. O, öz siyasətini təsir zonasına qaytarmaq istəyir. Amma bunu edə bilməyəcək”, – […]

Cəmiyyət

AMEA-nın institutunda yanğınla bağlı MƏLUMAT – YENİLƏNİB + FOTO

Xəbər verdiyimiz, kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda yanğın baş verib. Yenicag.az-ın məlumatına görə, hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Sonradan yanğınla bağlı ciddi təhlükənin olmadığı aydınlaşdırılıb və yanğınsöndürən maşınlardan 2-si geri qayıdıb. Digər yanğınsöndürənlər isə mümkün təhlükə ilə bağlı yoxlama aparıblar. 20:30 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda […]

Cəmiyyət

Bakıda zəncirvari qəza: Xəsarət alan var – FOTO

Paytaxtda zəncirvari yol qəzası baş verib. Oxu.Az xəbər verir ki, hadisə Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında, Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, “BMW” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub, nəticədə “BMW” zərbənin təsirindən yolun əks istiqamətinə çıxaraq “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Faktla […]