Dünya

Keçmiş partizan Qustavo Petro Kolumbiyanın prezidenti oldu – FOTO

Kolumbiyada prezident seçkisi keçirilib və solçu qüvvələrin nümayəndəsi, keçmiş partizan Qustavo Petro qalib gəlib. O, inşaat maqnatı Rodolfo Ernandesi 720 min səs fərqi ilə məğlub edib. Petro Kolumbiyanın ilk solçu favoriti olacaq. Paytaxt Boqotanın keçmiş meri öz seçicilərinə pulsuz universitet təhsili, pensiya islahatları və məhsuldar olmayan torpaqlara yüksək vergilər vasitəsilə bərabərsizliklə mübarizə aparacaqlarını vəd edib. Bildirilir […]

Siyasət

ABŞ səfiri Qaçqınlar Günü ilə bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: “Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 […]

İdman

“Qarabağ” Avstriyaya yollandı – FOTO/VİDEO

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub. Oxu.Az xəbər verir ki, “köhlən atlar” hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb. Ağdam təmsilçisi sözügedən ölkədə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil. Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” I təsnifat […]

Dünya

Rusiyada vulkan püskürdü – VİDEO

Rusiyanın Saxalin vilayətinin Paramuşir adasında Ebeko vulkanı püskürüb. Hadisənin şahidi olan yerli sakinlər şəhərin üzərini alan qalın tüstünün görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Regional Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Ebeko vulkanı iki kilometr hündürlüyə qədər kül püskürüb. Aidiyyəti qurumlardan əhalinin həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib. Mənbə: Citysakh.ru Xeberal.az

Cəmiyyət

Bakı sakinini Şabranda maşın vurub

Şabranda naməlum maşın piyadanı vurub. APA-nın məlumata görə, Bakı şəhəri Sulutəpə qəsəbə sakini 1969-cu il təvəllüdlü Bədəlov Gündüz Bayram oğlu naməlum nəqliyyat vasitəsi tərəfindən vurulub. Gündüz Bədəlov kəllə-beyin travması ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

ABŞ-da atışma: Ölən və yaralılar var – VİDEO

ABŞ-ın paytaxtı Vaşinqtonda atışma nəticəsində bir yeniyetmə ölüb, biri polis olmaqla 3 nəfər yaralanıb. Bu barədə Vaşinqton Polis Departamenti məlumat yayıb. Qeyd edilir ki, hadisə “Vaşinqtonun mədəniyyətini yüksəldən təbliğat festivalı” kimi xarakterizə edilən “Moechella” festivalı ilə əlaqədar icazəsiz keçirilən tədbir zamanı baş verib. Vaşinqton polisindən şübhəlilərin kimliyi və sayı barədə məlumat verilməyib. Mənbə: Fox News […]

Cəmiyyət

Abşeronda kişi öldürüldü: Atası tutuldu

Abşeron sakini bıçaqlanaraq öldürülüb. Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova […]

Dünya

Kimlər meymunçiçəyini ağır keçirir?

Xroniki xəstəlikləri və immun sistemində problem olan insanlar meymunçiçəyini ağır keçirirlər. Bu barədə rusiyalı akademik Vitali Zverev bildirib. Onun sözlərinə görə, belə insanlarda bu xəstəlik olduqca asanlıqla irəliləyir: “Afrikada və hətta ABŞ-da ölüm halları da qeydə alınıb. Təxminən 40 nəfər yoluxub və bir neçə ölüm baş verib, lakin bunlar əsasən onkoloji və ya digər ciddi xəstəlikləri […]

Cəmiyyət

Abşeronda sürücü ehtiyatsızlığı dəhşətə səbəb oldu: Uşağın üstündən keçdi

Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb. APA xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib. Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib. Xeberal.az