İdman

“Formula-1”: Kanadada qalib Ferstappen oldu

Sharing is caring!

“Formula-1” üzrə Kanada Qran-Prisinin qalibi məlum olub.

Oxu.Az xəbər verir ki, “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen müntəzəm çempionatın 9-cu mərhələsinin qalibi olub.

İkinci yeri “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə yeddiqat dünya çempionu “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton tutub.

O, bu mövsüm ikinci dəfə ilk üçlükdə qərarlaşıb, bundan əvvəl britaniyalı çempionatın birinci mərhələsi Bəhreyn Qran Prisində üçüncü olmuşdu.

Beləliklə, Ferstappen 175 xalla çempionat cədvəlindəki liderliyini möhkəmləndirib. İkinci sırada S. Peres (129), üçüncü yerdə isə “Ferrari” komandasının pilotu monakolu Şarl Lekler (126) qərarlaşıb.

Yarışın növbəti mərhələsi iyulun 1-dən 3-dək Böyük Britaniyada keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir