Müharibə

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl […]

Kriminal

Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində mübahisə zəminində bıçaqlanan Rüstəmov Şirzad İlham oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

İdman

İddiaçılar Turniri: Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək. 35 yaşlı qrossmeyster III turda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov növbəti raundda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. O, hazırda 0,5 xalla çinli […]

Müharibə

Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektlərə baxış keçirib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi […]

Siyasət

Azərbaycan-ABŞ: Ağ Evdəki analitiklər nəyin planını cızır?

ABŞ regiondakı xarici siyasətini diqqətlə inteqrasiya edərək diplomatik və iqtisadi əlaqələrini artırmaq, siyasi nüfuz dairəsini genişləndirmək imkanlarını axtarır. Ağ Evin region üzərindəki maraqlarının təmini isə Azərbaycanla dil tapmaqdan keçir. “Kaspi” qəzetinin məqaləsini təqdim edirik: Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı reallıq bir çox gücləri, eləcə də ABŞ-ı özünün diplomatik və təhlükəsizlik çağırışlarını yeniləmək məcburiyyəti qarşısında qoyur.  ABŞ […]

İdman

Bu gün Zəfər Kubokunun qalibi bəlli olacaq

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda bu gün final oyunu keçiriləcək. “Report”un məlumatına görə, mayın 4-də – İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na – mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edəcək. Bu münasibətlə təşkilatçılar və […]

Dünya

Fransada parlament seçkilərinin ikinci turu keçirilir

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək. Seçkilərdə 577 deputatın adı məlum olacaq. Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar. Birinci turun nəticələrinə görə, liderlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% […]

Cəmiyyət

Bu gün DİM tərəfindən növbəti imtahanlar keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, […]