İdman

Messi Mayamidəki rus məhəlləsində iki mənzil alıb

Rusiya millisinin sabiq qapıçısı, hazırda Mayamidə yaşayan Ruslan Niqmatullin “Sport Ekspress”ə müsahibəsində PSJ-nin hücumçusu Lionel Messinin Mayamidəki həyatından danışıb. “Tez-tez Messinin evini görürəm. Bilirəm ki, o, burada ikinci mənzil də alıb. Və hər ikisi rus məhəlləsində. Görünür, o, “İnter Mayami”yə keçməyə hazırlaşır”, – deyə Niqmatullin bildirib. O, şəhərdəki tanınmışların kifayət qədər qapalı və təcrid olunmuş […]

Dünya

İran ABŞ-ın aviadaşıyıcı gəmilərini məhv edə bilər

İran ABŞ-ın aviadaşıyıcı gəmilərini sıradan çıxarıb batırmağa qadirdir. Bunu Təhlükəsizlik Siyasəti Mərkəzinin analitiki və İsrailin Reyxman Universitetinin keçmiş tədqiqatçısı Maya Karlin “1945” resursunda dərc edilən məqaləsində bildirib. “SEPAH arsenalını genişləndirmək və təkmilləşdirmək məqsədilə son illər səylərini gücləndirib. Hazırda İranın artan imkanları onun rəqibləri, o cümlədən Amerika üçün daha böyük təhlükə yaradır”, – deyə Karlin qeyd […]

Cəmiyyət

Bakıda avtomobil 5 yaşlı uşağı vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 2017-ci il təvəllüdlü Əsgərov Hacıəli Həsən oğlunu yaşadığı evin qarşısında vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

Ukraynalı qadın döyüşçülərdən “Bayraktar”lı partizan mahnısı – VİDEO

Ukraynalı qadın hərbçilər məşhur “Bella Çao” mahnısını ifa ediblər. Onlar mahnının sözlərini Rusiya – Ukrayna müharibəsinə uyğunlaşdırıblar. Mahnıda “Bayraktar” PUA-ları da xatırlanıb. Qeyd edək ki, “Bella Çao” İkinci Dünya Müharibəsi illərində italiyalı partizanlar tərəfindən döyüş ruhunun yüksəldilməsi məqsədilə oxunub. Müharibədən sonra musiqi parçası geniş populyarlıq qazanıb. Mənbə: “Haber Global” Xeberal.az

Dünya

Nüvə silahlarının saxlanma xərcləri AÇIQLANDI

Dünyanın doqquz nüvə dövləti 2021-ci ildə öz arsenalını saxlamaq üçün 82,4 milyard dollar xərcləyib. Bu barədə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Şirkətin dərc etdiyi “2021-ci il üçün Qlobal Nüvə Silahları Məsrəfləri” hesabatında bildirilib. Sənədə əsasən, ABŞ nüvə silahına xərclənən vəsaitin həcminə görə 44,2 milyard dollarla birinci yeri tutub. İkinci yerdə Çin (11,7 milyard dollar), […]

Dünya

İkiqat “Oskar” mükafatçısı zorlama ittihamı ilə saxlanıldı

Kanada əsilli amerikalı ssenarist, prodüser və rejissor Pol Haqqis İtaliyanın cənubunda zorlama ittihamı ilə saxlanılıb. İttiham tərəfinin fikrincə, o, əcnəbi qadını cinsi əlaqəyə məcbur edib, sonra onu Brindisi hava limanında ataraq gedib. Hava limanının əməkdaşları və sərhədçilər ona kömək ediblər. Bundan sonra qadın polisə ittiham xarakterli ifadə verib. Onun əsasında Haqqis saxlanılıb. Qeyd edək ki, […]

İdman

Məsut Özil bacısının toyunda oynadı – VİDEO

Məşhur futbolçu Məsut Özil Almaniyada bacısının toy mərasiminə qatılıb. Onun məclisdəki rəqsinin görüntüləri sosial şəbəkələrdə yayılıb. İstifadəçilər futbolçunun ünvanına təriflər yağdırıb, onun rəqs üslubunu bəyəniblər. Qeyd edək ki, vaxtilə Madrid “Real”ı və London “Arsenal”ı imi klublarda çıxış edən Özil hazırda “Fənərbağça”da top qovur. Mənbə: “Haber Global” Xeberal.az

İdman

Ronaldu əzələlərini nümayiş etdirdi – FOTO

Kriştianu Ronaldu yarıçılpaq fotosunu yayıb. “Mançester Yunayted”in hücumçusu idman zalından görüntüsünü paylaşıb. 37 yaşlı portuqaliyalı paylaşımını “Özümü yaxşı hiss edirəm”, – yazaraq şərh edib. Şəkildə forvardın ideal əzələ quruluşu diqqətdən yayınmayıb. Feeling Good ? pic.twitter.com/ywEIsMh1Ij — Cristiano Ronaldo (@Cristiano) June 19, 2022   Xeberal.az

Dünya

Klinton 2024-cü il prezident seçkilərində iştirak etməyəcək

ABŞ prezidentliyinə keçmiş namizəd və keçmiş dövlət katibi Hillari Klinton 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib. O, bu barədə “Financial Times”a müsahibəsində bildirib. Siyasətçinin sözlərinə görə, hazırda bu barədə söhbət belə gedə bilməz. Klinton qeyd edib ki, o, ABŞ-ın hazırkı prezidenti Co Baydenin daha bir müddət üçün Demokratlar Partiyasından namizəd olacağını gözləyir. Xeberal.az

manset

“Xəzər Tibb Mərkəzi” tərəfindən keçirilən tenderində “Elm”in “GÜCÜ”: 4 ayda 186 min manatlıq 7 tenderin QALİB OLUB – FAKTLAR

“Xəzər Tibb Mərkəzi” tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. Xəbəral.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “ELM 86 LT” MMC (VÖEN- 1505772971) olub.“Xəzər Tibb Mərkəzi” dəftərxana və təsərrüfat xərclər üçün “ELM 86 LT” MMC-yə 30 min 673 manat 70 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, 31 min manatlıq tender müsabiqəsinin qalibi olan […]