Cəmiyyət

Dəhşətli QƏZADAN görüntülər: Maşın iki yerə parçalandı – YENİLƏNİB + ANBAAN VİDEO

Biləsuvar rayonunda baş verən dəhşətli yol qəza təhlükəsizlik kameralarına düşüb. “Report”un təqdim etdiyi qəza görüntülərində “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşma anı əks olunub. Nəticədə, zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə bölünüb. Həmin videonu təqdim edirik: 20:50 Biləsuvar rayonunda yol qəzası baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Nizami küçəsində […]

Müharibə

MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Xeberal.az

Cəmiyyət

Sığorta şirkətlərinin sığortalamaqdan qaçdığı avtomobillər – VİDEO

Son zamanlar taksi sürücülərinin daha çox istifadə etdikləri yüngül mühərrikli, hibrid texnologiyalı avtomobillərin sığortalanmasında müəyyən problemlər müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV sujet hazırlayıb. Sürücülərin iddialarına görə, sığorta şirkətləri bu maşınların icbari sığortasını ya həyata keçirmir, ya da yubadırlar. Daha ətraflı sujetdə: Xeberal.az

Dünya

İranda silahlı qarşıdurma: Həbs olunanlar var – VİDEO

İranın Urmiya şəhərində iki qrup arasında silahlı qarşıdurma yaşanıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Qərbi Azərbaycan vilayətinin polis idarəsinin rəsmisi polkovnik Sadiq Şəkəri İRNA-ya açıqlamasında deyib. “Urmiyanın Azadeqan küçəsində ailələrarası münaqişə zəminində baş verən silahlı insidenti törədən dörd nəfər müəyyən edilərək həbs edilib. Polis əməliyyatı zamanı iki maşın və bir “Kalaşnikov” silahı […]

İqtisadiyyat

Orxan Məmmədov: “Azərbaycan Pakistanla azad edilmiş ərazilərdə əməkdaşlıq edə bilər”

Azərbaycanla Pakistan arasında əməkdaşlıq imkanları azad edilmiş ərazilərdə də mövcuddur. “Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu ərazilərdə prioritet sektorlar (infrastruktur, turizm, minalardan təmizlənmə, neft-kimya, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, kənd təsərrüfatı, […]

Cəmiyyət

Şahid: “Meyit tapılmamışdan əvvəl əmisi dedi ki, ola bilər Nərminin paltarını sizin qapıya atarlar”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindirilib. İstintaq materiallarında göstərilib ki, İlkin Süleymanovun alt paltarlarında Nərmin Quliyevaya aid izlər aşkar olunub. İttiham […]

Cəmiyyət

Toyda məhkəmə katibini döyən polis İŞDƏN ÇIXARILDI

Xəbər verdiyimiz kimi, iyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib.  DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb: […]

Cəmiyyət

Təbiətə dəyən yeddi milyonluq ziyan – VİDEO

Qubada fermerlər həyəcan təbili çalır. Səbəb isə rayonda fəaliyyət göstərən qum-çınqıl karxanalarının çaylara böyük ziyan vurmasıdır.  Qaraçayın Quba rayonu ərazisindən keçən hissəsində əvvəllər çay yatağı 3-4 metr dərinlikdə idisə, indi 15-20 metr. Bəzi yerlərdə isə hətta 40-50 metr dərinə düşüb.  Oxşar mənzərəyə rayon ərazisindən keçən Vəlvələ çay, Qudyalçay və Qusar çayda da rast gəlinir.  Daha […]

Cəmiyyət

Avtobuslarda kondisionerlər niyə işləmir? – RƏSMİ AÇIQLAMA

Bu il havanın bir qədər gec isinməsindən şikayətlənənlər, indi də istidən gileylənir.  İsti havada ictimai nəqliyyatda, xüsusilə avtobuslarda yol getmək adamın ürəyini sıxır.  Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Amma buna baxmayaraq, bir çox avtobuslarda hələ də kondisionerlər qoşulmayıb. Necə deyərlər, nə əsər var, nə əlamət… Maraqlıdır, tapşırıq verilməsinə baxmayaraq, kondisionerlərin […]

Cəmiyyət

Qazi və şəhid ailələrinin məşğulluğu üçün tədbirlər görülür

Vətən müharibəsindən sonra 13 min müharibə iştirakçısı olan qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlər davam etdirilir. Oxu.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. M.Abbasbəyli bildirib ki, artıq bu günə qədər sadalanan kateqoriyadan […]