Cəmiyyət

Dəhşətli QƏZADAN görüntülər: Maşın iki yerə parçalandı – YENİLƏNİB + ANBAAN VİDEO

Sharing is caring!

Biləsuvar rayonunda baş verən dəhşətli yol qəza təhlükəsizlik kameralarına düşüb.

“Report”un təqdim etdiyi qəza görüntülərində “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşma anı əks olunub.

Nəticədə, zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə bölünüb.

Həmin videonu təqdim edirik:

20:50

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Daha sonra zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə parçalanıb.

Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir