Dünya

İranda silahlı qarşıdurma: Həbs olunanlar var – VİDEO

Sharing is caring!

İranın Urmiya şəhərində iki qrup arasında silahlı qarşıdurma yaşanıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Qərbi Azərbaycan vilayətinin polis idarəsinin rəsmisi polkovnik Sadiq Şəkəri İRNA-ya açıqlamasında deyib.

“Urmiyanın Azadeqan küçəsində ailələrarası münaqişə zəminində baş verən silahlı insidenti törədən dörd nəfər müəyyən edilərək həbs edilib. Polis əməliyyatı zamanı iki maşın və bir “Kalaşnikov” silahı da ələ keçirilib”, – deyə polis polkovniki bildirib.

Baş verən silahlı insident zamanı “Peugeot” markalı avtomobilin sərnişinləri “Kalaşnikov” silahı ilə “Toyota Prado” markalı avtomobilin sərnişinlərinə atəş açmağa başlayıblar. Polisin məsələyə müdaxiləsindən sonra hadisə iştirakçıları saxlanılıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir