Cəmiyyət

Qazi və şəhid ailələrinin məşğulluğu üçün tədbirlər görülür

Sharing is caring!

Vətən müharibəsindən sonra 13 min müharibə iştirakçısı olan qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

M.Abbasbəyli bildirib ki, artıq bu günə qədər sadalanan kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib:

“Onlardan 6 minə yaxını özünüməşğulluq proqramına cəlb edilib, 3 minə yaxın şəxsi işlə təmin etmişik, bir qrup şəxs i peşə hazırlıq kurslarına cəlb olunub. Hazırda proses davam edir. İndi biz bir neçə qrup qazinin.proqram təminatı üzrə peşə hazırlığı kurslarının davam etdiririk”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir