Mədəniyyət

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb

Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb. “Report” xəbər verir ki, müraciətdə deyilir: 1. Biz, Azərbaycanın Mədəniyyət Paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı […]

Müharibə

Azərbaycan “Bayraktar”ları saz vəziyyətə gətirir – VİDEO

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçidi prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların, o cümlədən “Bayraktar-TB2” PUA-larının yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin […]

Cəmiyyət

TƏBİB rəsmisi: “Suçiçəyi və “Meymun çiçəyi” xəstəliklərinin simptomları 90 faiz bir-birinə bənzəyir”

“Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “Meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb”.  Bu barədə Oxu.Az-a açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva məlumat verib. O bildirib ki, Azərbaycanda “Meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb. Bu simptomla […]

Cəmiyyət

Ötən gün COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI – FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 067 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 587, üç və daha çox doza vaksin vurduranların sayı 1 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir. […]

Cəmiyyət

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 […]

Kriminal

Azərbaycanda vəzifəli şəxsin ölümünə səbəb olan avtomobilin sürücüsü polis imiş

Ötən gün Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb. “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Xızı-Giləzi yolununun 24-cü kilometrliyində baş vermiş qəzanı polis əməkdaşı törədib. Belə ki, dünən saat 09 radələrində DİN Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci […]

Cəmiyyət

İctimai dinləmədə nazirliklə tikinti şirkətləri arasında fikir ziddiyyəti: “Həmin ağac məhv olur”

“Bu gün tikinti şirkətlər tərəfindən təqdim olunan 9 layihəyə baxılır”.  Oxu.Az-ın məlumatına görə, bunu sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmə zamanı qurumun rəisi Mirsalam Qəmbərov bildirib.  İctimai dinləmədə qeyd olunub ki, müvafiq tikinti şirkətlərinin inşa […]

Cəmiyyət

Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Niftəliyev Mehrab Söhrab oğlunun […]

Dünya

İran “Əbabil”lə fillərin üzərinə” gedir – TƏHLİL + XƏRİTƏ/FOTO

İranın xarici siyasəti çoxşaxəlidir və Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra Tehranın bölgədəki fundamental siyasətinin aktivləşdirilməsi zəruri hal alıb. Əfqanıstan amili regional fürsətlər, buradan isə böyük maraqların təmin edilməsi üçün pəncərə olduğundan oyunçuların diqqət mərkəzindədir. Ona görə də Əfqanıstana sərhəd ölkələr böyük maraqlar uğrundakı mübarizədə cəlbedici platformaya çevrilir, yəqin ki, İran buna görə də Tacikistanda (Düşənbədə) döyüş […]

Siyasət

Prezident Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibini təsdiqləyib

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Sərəncamla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib: Müşahidə Şurasının sədri Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin […]