İdman

PSJ Mbappeyə 100 milyon avro maaş təklif edib

PSJ hücumçunu saxlamaq üçün Kilian Mbappeyə böyük məbləğ təklif edib. “Eurosport España”-nın məlumatına görə, parislilər 23 yaşlı oyunçuya müqaviləni uzatmaq üçün 300 milyon avro imza bonusu təklif ediblər. Həmçinin yeni müqavilənin şərtlərinə görə fransalıya vergilərdən sonra illik 100 milyon avro maaş təklif olunur. Bundan əlavə, Kilian imic hüquqlarının əksəriyyətinə sərəncam verə biləcək. Qeyd olunur ki, […]

İdman

Nazirlikdə YOXLAMA: Qanunsuzluqlar aşkarlandı

Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub. APA-nın xəbərinə görə, audit zamanı məlum olub ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər […]

İdman

Milli yığma komandalara baş məşqçilərin təyinatı RƏSMİLƏŞDİ – FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə  İdarə Heyətinin geniş iclası keçirilirib. Yığıncaqda 2021/22 mövsümündə Super Liqa, Yüksək Liqa, l liqalarının və ölkə kubokunun yekunu müzakirə olunub. Bunlarla yanaşı, qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb. Cavid […]

İqtisadiyyat

Bayden: “Azərbaycan dünya bazarlarının təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır”

“Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”. Bunu ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib. “Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız […]

İdman

Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub – FOTO

16-20 may 2022-ci il tarixlərində  Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən çempionatda FHN-in Aparatı […]

Mədəniyyət

Tom Kruzun Keyt Middltonla görüntüləri böyük müzakirələrə səbəb oldu – FOTO

Keyt Middlton və Şahzadə Uilyam “Top Gun: Maverick” filminin London premyerasında iştirak edib. Filmin baş rol ifaçısı Tom Kruzun Kembric hersoginyasına pilləkənləri qalxmağa kömək etməsi onları hər kəsin diqqət mərkəzinə çevirib. Hollivud ulduzunun boyunun Keyt Midltona çatması da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, 1,69 metr boyunda olan Tom Kruzun 1,75 metr boyunda olan […]

Kriminal

Həyat yoldaşının başını kəsən şəxs: “Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm”

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Məmməd Mirizadə deyib ki, qətlə yetirilən şəxsin anasının iş yoldaşı olub. “Ayşən küçədə gedirdi. Mən ona yaxınlaşanda Əsgər gəlib məni vurub qaçdı”. […]

Mədəniyyət

Mingəçevir teatrında kişidən “qadın” DÜZƏLDİLİB? – RƏSMİ AÇIQLAMA

Bölgə teatrlarında qadın aktrisa böhranı yaşanır. Problem sosial şəbəkələrdə gündəmə gətirilib. İddiaya görə, üçüncü dərəcəli qadın roluna aktrisa tapmayan rejissorlar məcburiyyətdən kişidən qadın “düzəldir”lər. Maraqlıdır ki, qeyd olunan hal hansı teatrda baş verib və hər il Azərbaycan Mədəniyyət İncəsənət Universitetindən məzun olan aktrisalar haraya gedirlər?  Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri maddi-mədəni irs […]

Mədəniyyət

ICESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazir qonağı salamlayaraq Şuşada keçirilən “Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət […]

Kriminal

Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar – TƏFƏRRÜAT

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi […]