Dünya

Ömər Çəlik: “Cənab Ərdoğan və cənab Əliyevin iradəsi bölgədə sülh istiqamətindədir”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik mətbuata açıqlamalarla çıxış edib. O, çıxışında Ermənistanla Türkiyə arasındakı normallaşma prosesinə, eləcə də Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətindəki səylərinə də toxunub. “Biz Ermənistanla normallaşma prosesini yaxından izləyirik. Ancaq görürük ki, erməni diasporunda bəzi şəxslər burada təxribat törətmək istəyirlər”, – deyə Çəlik bildirib. Partiya […]

İdman

“Real”dan darmadağın: Benzema Raulu keçdi, Modriç Messinin uğurunu təkrarladı – VİDEO

La Liqada 36-cı tur çərçivəsində lider “Real” (Madrid) autsayder “Levante” ilə qarşılaşıb. Turnir cədvəlində ilk və son yerləri tutan komandaların mübarizəsi artıq çempionluğu təmin etmiş “Kral klubu”nun böyük üstünlüyü ilə keçib – 6:0. Qollardan üçünü Vinisius öz aktivinə yazdırıb. Bu, futbolçunun karyerasındaki ilk het-trik olub. Matçda üç məhsuldar ötürmə ilə yadda qalan Luka Modriç “Barselona”nın […]

Dünya

Polşada üzərində Zelenskinin portreti olan poçt markası buraxılıb

Polşa poçtu üzərində Ukrayna Prezidenti Volodimir Zelenskinin portreti olan poçt markası buraxıb. Bu barədə markanın müəllifi, Krakov Şurasının üzvü Lukaş Vantuxa məlumat verib. Markada Ukrayna dövlət başçısının üzü sari rəngdə və mavi fonda olmaqla ölkənin dövlət bayrağının rənglərində təsvir edilib, həmçinin Ukrayna və polyak dillərində “Ukraynaya eşq olsun!” şüarı yazılıb. Bildirildiyinə görə, doqquz markadan ibarət […]

Dünya

Finlandiyada nüvə hücumu zamanı bomba sığınacaqları nümayiş olunub – VİDEO

Finlandiyada hər-hansı təhlükə halında, o cümlədən nüvə zərbəsi zamanı ölkə əhalisini qoruya biləcək bomba sığınacaqları nümayiş olunub. Bununla bağlı süjet CNBC telekanalının efirində yayımlanıb. Kadrlarda Helsinki yaxınlığında yerləşən bunkerlərdən biri əks olunub – içəridə futbol meydançası, bütün lazımi avadanlıqla təchiz olunmuş idman zalı, yeməkxana, avtomobil dayanacağı və uşaq meydançasının olduğu görünür. Hər bir belə sığınacağa […]

İdman

London derbisini “Tottenhem” qazandı – VİDEO

İngiltərə Premyer Liqasında öncəki turlardan təxirə salınmış daha bir görüş keçirilib. Oxu.Az xəbər verir ki, Londondakı “Tottenhem Hotspur Stadium”da yerli “Tottenhem”lə şəhərin digər təmsilçisi “Arsenal” qarşılaşıb. 22-ci tur çərçivəsində baş tutan matçda qonaqların futbolçusu Holdinq 8 dəqiqəyə iki sarı vərəqə alaraq oyunun 33-cü dəqiqəsində meydandan qovulub. Görüşün böyük hissəsini azlıqda keçirən “topçular” ev sahibinə müqavimət göstərə […]

Dünya

“Azovstal”ın bombalanmasının görüntüləri yayıldı – VİDEO

Hazırda Ukrayna hərbçilərinin nəzarətində olan “Azovstal” metallurgiya zavodunun bombalanmasının görüntüləri yayılıb. Videonu Mariupol merinin müşaviri Petr Andryuşşenko öz “Telegram” kanalında yayımlayıb. “Mariupol. Azovstal. Cəhənnəm belə səslənir. Yenilməzlik belə görünür. Bomba ardınca bomba. Mərmi ardınca mərmi. Hamımız Mariupolun müdafiəçilərinə borcluyuq”, – o, yazıb.   Xeberal.az

Cəmiyyət

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat qəzası baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb. “VAZ 2106” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri 35 yaşlı Səlimov Məlik Ağasən oğlu və 1987-ci il təvəllüdlü Cəbrayılov Şamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə […]

Dünya

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri səs-küylü açıqlamalar vəd edir

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan iki həftə ərzində bir sıra dövlət orqanlarında ciddi pozuntular barədə danışacağını vəd edib. “İctimaiyyətə təqdim olunacaq böyük həcmdə materiallarımız var. Səs-küylü ifşalar olacaq. Qeyd etmək lazımdır ki, xidmətimizin işinə təkcə dövlət vəsaitlərindən sui-istifadə və israfçılıq hallarının aşkar edilməsi deyil, həm də onların qarşısının alınması daxildir”, – deyə o, […]