İdman

London derbisini “Tottenhem” qazandı – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında öncəki turlardan təxirə salınmış daha bir görüş keçirilib.

Oxu.Az xəbər verir ki, Londondakı “Tottenhem Hotspur Stadium”da yerli “Tottenhem”lə şəhərin digər təmsilçisi “Arsenal” qarşılaşıb.

22-ci tur çərçivəsində baş tutan matçda qonaqların futbolçusu Holdinq 8 dəqiqəyə iki sarı vərəqə alaraq oyunun 33-cü dəqiqəsində meydandan qovulub. Görüşün böyük hissəsini azlıqda keçirən “topçular” ev sahibinə müqavimət göstərə bilməyblər – 3:0.

Qeyd edək ki, hazırda “Arsenal” 66 xalla turnir cədvəlində 4-cü, “Tottenhem”sə 65 xalla 5-ci yerdə qərarlaşıb.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir