Dünya

Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıb

Sharing is caring!


Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazların işə düşdüyü və ilk məlumatların işləndiyi bildirilib.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmisi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

Həmçinin kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi də bildirilib.

“Luna-2”5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb. Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir