Dünya

Britaniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Sharing is caring!


Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Niyə çağırıldığına dair suala cavabında diplomat bildirib ki, Britaniya Ukraynada sülhün bərqərar olmasını və Rusiya qoşunlarının Ukraynanı tərk etməsini istəyir.

Müvəqqəti işlər vəkili adətən səfirin olmadığı vaxtlarda, məsələn, məzuniyyətdə olduğu zaman onun səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnert sonuncu dəfə aprel ayında Rusiya Xarici İşlər Nazirliyini ziyarət edib. O, “Rusiyanın daxili işlərinə müdaxilə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə əlaqədar” şöbəyə çağırılıb.

Qeyd edək ki, iyulun 20-də Böyük Britaniya Mərkəzi Afrika Respublikası və Sudandakı “Vaqner” özəl hətbi birləşməsi ilə əlaqəli olduğu iddia edilən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bundan əvvəl iyulun 17-də isə Britaniya hökuməti anti-Rusiya sanksiyalarına məruz qalan şəxslər və şirkətlərin siyahısını genişləndirib və nəticədə Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova və başqaları məhdudiyyətlərə məruz qalıblar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir