Dünya

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri səs-küylü açıqlamalar vəd edir

Sharing is caring!

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan iki həftə ərzində bir sıra dövlət orqanlarında ciddi pozuntular barədə danışacağını vəd edib.

“İctimaiyyətə təqdim olunacaq böyük həcmdə materiallarımız var. Səs-küylü ifşalar olacaq. Qeyd etmək lazımdır ki, xidmətimizin işinə təkcə dövlət vəsaitlərindən sui-istifadə və israfçılıq hallarının aşkar edilməsi deyil, həm də onların qarşısının alınması daxildir”, – deyə o, bildirib.

Petrosyan qeyd edib ki, Xidmət 50 dövlət qurumuna nəzarəti həyata keçirir və bəzilərində, o cümlədən İrəvan meriyasında sui-istifadə halları aşkarlanıb. O, rəsmi olaraq bütün neqativ hallar barədə məlumat verəcəyini vəd edib. Bununla belə, bir sıra qanun pozuntularına görə artıq Baş prokurora müvafiq müraciətlər göndərilib.

Qurum rəhbəri əlavə edib ki, hazırda Müdafiə Nazirliyində üç yoxlama aparılır və qalmaqallı ifşalar istisna edilmir.

Mənbə: “Sputnik Armenia”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir