Dünya

G7 ölkələri Ukraynaya 30 milyard avro yardım edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir. Məlumata görə, müvafiq qərarın G7-nin maliyyə nazirlərinin gələn həftə Almaniyada keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir. Lakin sözügedən qərarın qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, hazırda G7 ölkələri arasında bu məsələdə vahid mövqe yoxdur. Əgər müvafiq qərar qəbul edilərsə, vəsaitlər kredit və […]

Dünya

Maskın “Twitter”i satın alması təxirə salındı

İş adamı İlon Maskın” Twitter” sosial şəbəkəsini almaqla bağlı müqaviləsi dayandırılıb. Bu barədə o, özü məlumat verib. Dünyanın ən varlı adamının sözlərinə görə, müqavilənin dayandırılmasına “Twitter”dəki hesabların təxminən 5%-inin saxta və ya spam üçün istifadə edilməsinə dair informasiya səbəb  olub. Hazırda məsələ ilə bağlı araşdırmanın cavabları gözlənilir. Qeyd edək ki, aprelin 25-də Maskın şirkəti 44 […]

Dünya

Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri – FOTO/VİDEO

1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərində sirli bir kəşf edib. İllər keçsə də, sirri açılmayan yüzlərlə sümüyün arxasındakı ehtimallar isə eşidənləri heyrətə gətirir. İkinci Dünya müharibəsi zamanı Himalay dağlarının dərinliklərində ucqar bir vadidə Hari Kişan Madhval adlı hindli tədqiqatçı dəhşətli bir kəşf edib. Madhval Himalay dağlarında 4800 metr yüksəklikdə yerləşən Roopkund gölündə insan skeletlərinə […]

İqtisadiyyat

Yaponiyanın ən böyük şirkəti Rusiyadan neft alışını dayandırır

Yaponiyanın ən böyük neft şirkəti olan “Eneos Holdings” Rusiyadan neft almağı dayandırır. Bu barədə jurnalistlərə şirkətin rəhbəri Takeşi Saito məlumat verib. “Biz reputasiya risklərini nəzərə alaraq (Rusiya Federasiyasından neftin) alışını dayandırırıq”, – şirkətdən bildirilib. Məlumata görə, “Eneos” alışlarında Rusiya neftinin payı 5%-ə qədər olub. Şirkət onu bir sıra regionlardan, o cümlədən Yaxın Şərqdən gələn tədarüklərlə […]

Dünya

Lavrov sual vermək istəyən jurnalistə kobud cavab verdi: “Tovuz quşları ilə danış” – VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sual vermək üçün icazə istəyən jurnalistə qarşı kobudluq edib. O, “Current Time Asia” telekanalının əməkdaşına “tovuz quşları ilə danışmağı” təklif edib. Hadisə Lavrovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasına gəldiyi Tacikistanın paytaxtı Düşənbədə baş verib. Rusiyalı nazirin müvafiq bəyanatının yer aldığı video telekanalın “Twitter” səhifəsində yayımlanıb. Xeberal.az

Dünya

Hindistan paytaxtında yanğın: Azı 26 nəfər ölüb

Yeni Dehlidə şəhərin qərb hissəindəki ticarət binasında baş verən yanğında azı 26 nəfər ölüb, 40-dan çox adam yaralanıb “İndiyədək 26 cəsəd tapılıb. 40-dan çox insan yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”, – deyə yerli polisdən bildirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, binadan 70-ə yaxın adam xilas edilib. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir. Mənbə: rt.com Xeberal.az

Dünya

Xorvatiya avroya keçir

Xorvatiyada avroya keçidin yolunu açan qanun təsdiqlənib. 2013-cü ildən Avropa İttifaqının üzvü olan Xorvatiyanın 2023-cü il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcəyi açıqlanıb. Parlamentin iclasında 117 deputat qanunu təsdiqləyib, 13 deputat əleyhinə çıxıb, bir deputat isə bitərəf qalıb. Sağçı partiyalar avroya keçidin ölkədə yoxsulluğu və insanlara təzyiqi artıracağı üçün qanuna qarşı olduqlarını bəyan ediblər. İlk […]

Dünya

Müharibənin yarımçıq qoyduğu həyatlar: “Hər yer bədən üzvləri ilə dolu idi” – FOTO

Ukrayna ilə Rusiya arasında 24 fevraldan başlayan müharibə davam edir. Çerniqov şəhərində vətəndaşlar müharibənin dağıntıları arasında yaşayırlar. Şəhər martın əvvəlində hücumlara məruz qalsa da, Rusiya ordusu tərəfindən ələ keçirilə bilməyib. Şəhərin kənarındakı mülki infrastruktur yararsız hala düşüb. Xəstəxanalar, fabriklər, idman mərkəzləri və mülki binaların vurulduğu Çerniqov hücumlardan sonra normal həyata qayıtmağa çalışır. Soyadını açıqlamaq istəməyən […]

İdman

“Fənərbağça”da heyətdən kənarda qalan Məsut Özil Meksikaya gedə bilər

“Fənərbağça”nın heyətindən kənarlaşdırıldıqdan sonra Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də adı hallanan Məsut Özillə bağlı yeni iddia ortaya atılıb. “Fox Deportes”in xəbərinə görə, Mayaminin “Inter” klubu və “Hall Siti” klubları Məsut Özil üçün iki alternativ olaraq qalarkən, ulduz futbolçu investorları arasında olduğu “Nekaksa” klubuna transfer oluna bilər. Xəbərdə Özilin səhmdarları arasında olduğu “Nekaksa”ya keçəcəyi təqdirdə […]

Dünya

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış: Ölən var

Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonundakı Kamxut dağ silsiləsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb. Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, partlayış nəticəsində yaxınlıqdakı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çoban ölüb. Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb, belə ki, baza komandanlığı […]