Dünya

Finlandiyada nüvə hücumu zamanı bomba sığınacaqları nümayiş olunub – VİDEO

Sharing is caring!

Finlandiyada hər-hansı təhlükə halında, o cümlədən nüvə zərbəsi zamanı ölkə əhalisini qoruya biləcək bomba sığınacaqları nümayiş olunub. Bununla bağlı süjet CNBC telekanalının efirində yayımlanıb.

Kadrlarda Helsinki yaxınlığında yerləşən bunkerlərdən biri əks olunub – içəridə futbol meydançası, bütün lazımi avadanlıqla təchiz olunmuş idman zalı, yeməkxana, avtomobil dayanacağı və uşaq meydançasının olduğu görünür.

Hər bir belə sığınacağa təxminən altı min vətəndaş sığır və güman edilir ki, ümumilikdə paytaxtın bütün əhalisinin bu sığınacaqlarda gizlənməsi mümkündür. Obyektlərin onilliklər əvvəl tikildiyi, sonradan modernləşdirildiyi vurğulanır.

Mayın 12-də Finlandiyanın Prezidenti Sauli Niyiniste və və baş naziri Sanna Marin ölkənin NATO-ya üzv olmaq ərizəsini dəstəkləyiblər. Hakimiyyət vurğulayır ki, ölkənin alyansa daxil olması müdafiə imkanlarının artırılmasında və ittifaqın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir