Dünya

Çində təyyarə alışıb-yandı: Onlarla yaralı var – VİDEO

“Tibet Airlines” Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Jiangbei” Beynəlxalq Hava Limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb. Hadisə səhər saatlarında baş verib. TV9833 Çunçin-Ninqçi reysi ilə uçan təyyarədə 113 sərnişin və doqquz ekipaj üzvünün olduğu dəqiqləşib. Yaralanan 40 nəfər xəstəxanaya çatdırılıb. Ölənlər barədə məlumat verilmir, qəzanın səbəbi hələ müəyyən edilməyib. Mənbə: RİA Novosti […]

Cəmiyyət

Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib. Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib. Xeberal.az

Təhsil

Tərtər rayonu Borsunlu kənd tam orta məktəbinin tarix müəlliminin diplomu saxtadır? – ŞİKAYƏT

Xəbəral.az saytına şikayət ərizəsi ilə müraciət edən Tərtər rayon sakini Aslanov Samir Mayıl oğlu bildirib ki, Tərtər rayon Borsunlu kənd tam orta məktəbinin zavuçu, tarix müəllimi işləyən Aslanov Xəyyam Vidadi oğlunun diplomu saxtadır. Belə ki, Tərtər rayonu Borsunlu kənd tam orta məktəbində tarix dərsini tədris edən, Aslanov Xəyyam Mingəçevir Politexnik İnstitutunu bitirmiş lakin sonradan müəllimlər […]

İdman

İtaliya kubokunun qalibi bəlli oldu – VİDEO

Bu gün İtaliya kubokunda final matçı keçirilib. Oxu.Az xəbər verir ki, həlledici oyunda “İnter”lə “Yuventus” üz-üzə gəlib. Maraqlı və gərgin keçən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha iki qol vuran “İnter” kubokun qalibi olub. Matçın qollarını təqdim edirik: Xeberal.az

İqtisadiyyat

Avropa İttifaqının sanksiyalarından yayınma cinayət sayıla bilər

İki həftədən sonra Avropa Komissiyası qanuni təklif təqdim edəcək və ona əsasən, Avropa İttifaqı sanksiyalarından yayınma cinayət hesab olunacaq. Bu addım Aİ üzv dövlətlərinə Rusiyaya qarşı sanksiya kampaniyası çərçivəsində dondurulmuş aktivləri müsadirə etməyə kömək etməlidir. Sanksiyalardan yayınmağa görə cinayət məsuliyyətinin tətbiqi Rusiya aktivlərinin dondurulması üçün hüquqi əsas olmalıdır. Aprel ayına qədər Aİ ölkələri artıq təxminən […]

Dünya

Yaponiyada hər bir vətəndaşa 76 min dollar dövlət borcu düşür

Yaponiyanın ümumi dövlət borcu 2021-ci maliyyə ilinin sonunda (31 mart 2022-ci il) ölkə tarixində ən böyük məbləğə – 1 241,3 trilyon yenə (cari məzənnə ilə 9,5 trilyon dollardan çox) çatıb. Bu barədə Maliyyə Nazirliyi xəbər verib. Bildirilir ki, borc altı ildir ki, artmaqda davam edir. Beləliklə, hazırda Yaponiyanın hər bir sakininin təxminən 9,9 milyon yen […]

Dünya

Naməlum “Maserati” sürücüsü Romadakı qədim abidəni zədələdi

Roma polisi ötən gecə İtaliya paytaxtının mərkəzində yerləşən məşhur İspan pilləkənlərinin bir neçə pilləsini zədələyən “Maserati” markalı avtomobilin sürücüsünü axtarır. Müşahidə kameralarının görüntüləri əsasında axtarılan şəxsin hadisə yerindən qaçdığı bildirlir. Qanunu pozan sürücü tarixi abidəyə ziyan vurmaqda ittiham olunur və ondan bərpa xərclərinin də tutulacağı vurğulanıb. Qeyd edək ki, Romanın İspan Meydanında 18-ci əsrin İspan […]

Dünya

Rumıniya donanmasının tarixi təlim gəmisi İstanbul boğazında – FOTO/VİDEO

Rumıniya donanmasının 84 yaşlı üçdorlu yelkənli təlim gəmisi hərbi tələbələri ilə birlikdə İstanbul sahilində lövbər salıb. Gəminin Sarayburnu limanına yanaşdığı havadan görüntülənib. Rumıniya Hərbi Dəniz Qüvvələrinin hərbi təlim gəmisi “Nava Scoala Mircea” səhər saat 11 radələrində Mərmərə dənizindən Bosfor boğazına daxil olub. Dünyada eyni tipli nadir beş yelkənli gəmidən biri olan “Nava Scoala Mircea” üç Sahil […]