Cəmiyyət

Azərbaycanda sağlamlıq imkanlarına görə fərqli təhsil alan şagirdlər – VİDEO

Azərbaycanda təhsilini evdə alan sağlamlığı məhdud şagirdlərin sayı 8456 nəfərdir.  Ağdam 1 nömrəli tam orta məktəbin 8-ci sinifində təhsil alan Fidan Quliyeva da həmin şagirdlərdən biridir.  Fidan deyir ki, bu qədər məhdud şərtlərlə təhsil alsa da, onun həvəsi heç bir zaman azalmır. “Mənim hazırda bu qədər pozitiv olmağımın səbəbi oxuduğum kitablar və ətrafımdalı insanlardır. Evdən […]

İqtisadiyyat

Azərbaycanda bəzi məhsullar gömrük rüsumundan azad edilib

Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad olunub. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib. İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta […]

İqtisadiyyat

Qida istehsalı üçün ətirli maddələrin qarışıqları gömrük rüsumundan azad olunub

Qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir və ya daha çox belə maddələr əsasında qarışıqlar 15 faiz gömrük rüsumundan azad olunub. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib. Digər lipoproteinlipaza, […]

İqtisadiyyat

Azərbaycana gətirilən heyvan yemləri gömrük rüsumundan azad olunub

Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar 15 faiz gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib. Qərara əsasən, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, tərkibində süd […]

Kriminal

Sumqayıtda gənc qadın kirayə yaşadığı evdə öldürüldü

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb. Xeberal.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Mənzillərdən birinə keçirilən baxış zamanı oradan qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyitə baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub. Öldürülən şəxsin 1997-ci il təvəllüdlü Ayşən Məhərrəmova olduğu müəyyən edilib. Qətli törədənin öldürülən şəxsin […]

Cəmiyyət

“Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb – CANLI

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb. İkinci yarımfinalda 18 ölkənin təmsilçisi (Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç) çıxış edir. Müsabiqənin ikinci yarımfinalında təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə yarışır.  Müsabiqə İctimai Televiziyanın efirində canlı […]

Dünya

“Barselona” Koutinyonu İngiltərə klubuna satdı

“Aston Villa” Filipp Koutinyonu “Barselona”dan satın alıb. İngiltərə klubu braziliyalı ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Premyer Liqa təmsilçisi müqavilənin məbləğini açıqlamayıb, lakin katalon klubu 20 milyon avro və oyunçunun yenidən satış məbləğinin daha 50%-ni alacaqlarını bildirib. Qeyd edək ki, yanvarda Filip “Aston Villa”ya icarə əsasında keçib. O, Premyer Liqada 16 oyunda 4 qol vurub […]

Cəmiyyət

İran hakimiyyəti əhalini çörəklə sınağa çəkir – VİDEO

Ramazan bayramı bitər-bitməz İranda illərdən bəri davam edən sürətli bahalaşma prosesi özünün pik nöqtəsinə çatdı.  Bu barədə “Azad İran” “You Tube” kanalı məlumat verib. Zəruri ərzaq mallarının qiymətinin durmadan və dəfələrlə artımı sayəsində əhalinin böyük bir hissəsinin əsas qida mənbəyinə çevrilmiş çörəyin də qiyməti hökumətin qərarı ilə bir günün içində dəfələrlə yüksəldi.  Bununla da özünü […]

Dünya

Yunanıstanda təyyarənin sərnişinləri pilotu döydülər – VİDEO

Yunanıstanın Krit adasına enən “Wizz Air” aviaşirkətinin sərnişinləri kabinədən çıxarkən pilotu döyüblər. Hadisə şahidlərinin sözlərinə görə, davanı 30 yaşlarında olan üç britaniyalı törədib. Onlardan ikisi artıq sərxoş vəziyyətdə ikən Qatvik hava limanında reysə miniblər və göyərtədə elektron siqaret çəkməyə, yüksək səslə danışmağa, digər səyahətçiləri bezdirməyə, həmçinin spirtli içkilər sifariş etməyə başlayıblar. Bir müddət sonra onları […]

Dünya

Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb

Türkiyənin Parisdəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb. İnsident zamanı konsulluğun binasına ziyan dəyib. Binasının divarları və pəncərələri zədələnsə də, xəsarət alan olmayıb. Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tutmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb. Hücuma görə məsuliyyəti […]