İdman

De Bröyn “poker” etdi, “Mançester Siti” darmadağına sevindi, “Çelsi” isə üç xalı üç qolla qazandı – VİDEO

İngiltərə Premyer Liqasının XXXIII turu maraqlı qarşılaşmalarla əlamətdar olub. “Çelsi” səfərdə “Lids”lə qarşılaşıb. Qonaqlar üç qol vuraraq üç xalı qazanan tərəf olublar. Çempionluğun əsas namizədlərindən biri olan “Mançester Siti” isə “Vulverhempton” səfərində darmadağına sevinib. Belçikalı yarımmüdafiəçi Kevin De Bröynin “poker” etdiyi matçda “şəhərlilər” beş qola seviniblər.   Xeberal.az

Mədəniyyət

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq. Festival mayın 14-dək davam edəcək. Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək. Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, […]

Dünya

Moskvadakı Polşa səfirliyi “qırmızıya boyandı” – VİDEO

Polşanın Moskvadakı səfirliyinin qarşısındakı yazı tablosuna qırmızı boya atılıb. Artıq boyanını yuyulmasına başlanılıb. Hazırda diplomatik missiyanın binası qarşısında bir nəfər mühafizəçi dayanır. Gücləndirilmiş polis mühafizəsi tətbiq olunmayıb. Polşanın Moskvadakı səfirliyi insidenti xuliqanlıq adlandırıb və baş verənləri şərh etməkdən imtina edib. Qeyd edək ki, mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə də qırmızı boya atılıb. Mənbə: […]

Dünya

Ukraynada təxliyə karvanlarının atəşə tutulması nəticəsində 33 nəfər həlak olub

Ukrayna polisi təxliyə karvanlarının rusiyalı hərbçilər tərəfindən atəşə tutulması ilə bağlı 74 cinayət işi açıb. Bu barədə polisin təşkilati, analitik təminat və operativ cavab departamentinin rəhbəri Aleksey Sergeyevin media mərkəzində verdiyi açıqlamada deyilir. Məlumata görə, ümumilikdə 45 atışma qeydə alınıb ki, burada da beşi uşaq olmaqla, 33 nəfər həlak olub. Onun sözlərinə görə, polis 1,5 […]

Dünya

Peruda təyyarə havaya qalxdıqdan dərhal sonra alışdı – VİDEO

Peruda “United Airlines”a məxsus təyyarə havaya qalxdıqdan dərhal sonra alovlanıb. “Boeing 767-322ER”da baş verən insident sərnişinlərdən biri tərəfindən lentə alınıb. Hadisə Lima hava limanında yaşanıb. Pilotlar geri dönərək təyyarəni sürətlə uçuş-eniş zolağına endirə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Mənbə: lenta.ru Xeberal.az

İdman

“Ayaks” ardıcıl üçüncü dəfə Niderland çempionu oldu

“Ayaks” ardıcıl üçüncü, ümumilikdə isə tarixində 36-cı dəfə Niderland çempionu olub. Erik ten Haqın komandası “Herenven” üzərində qələbə qazanaraq (5:0) sona bir tur qalmış titulunu təmin edib. Qeyd edək ki, “Ayaks” 2019 və 2021-ci illərdə də analoji uğura imza atıb. 2020-ci ildə isə koronavirusa görə mövsüm vaxtından əvvəl yarımçıq dayandırılıb və “Ayaks” liderliyə baxmayaraq, çempion kimi […]

Cəmiyyət

“Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb

Qaxda “Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə bu gün Qax rayonunun Qapıcay kəndində baş verib. Qax şəhər sakini 1985-ci il təvəllüdlü Kərimov Vasif Kərim oğlu işıq dirəyində iş görən zaman, ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı ağır xəsarət alan Vasif Kərimovu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilkin yardım göstərildikdən […]