Cəmiyyət

“Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb

Sharing is caring!

Qaxda “Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə bu gün Qax rayonunun Qapıcay kəndində baş verib.

Qax şəhər sakini 1985-ci il təvəllüdlü Kərimov Vasif Kərim oğlu işıq dirəyində iş görən zaman, ehtiyatsızlıqdan yıxılıb.

Hadisə zamanı ağır xəsarət alan Vasif Kərimovu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanada ilkin yardım göstərildikdən sonra Vasif Kərimov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir