Dünya

Çində təyyarə alışıb-yandı: Onlarla yaralı var – VİDEO

Sharing is caring!

“Tibet Airlines” Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Jiangbei” Beynəlxalq Hava Limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Hadisə səhər saatlarında baş verib. TV9833 Çunçin-Ninqçi reysi ilə uçan təyyarədə 113 sərnişin və doqquz ekipaj üzvünün olduğu dəqiqləşib.

Yaralanan 40 nəfər xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir, qəzanın səbəbi hələ müəyyən edilməyib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir