Dünya

Naməlum “Maserati” sürücüsü Romadakı qədim abidəni zədələdi

Sharing is caring!

Roma polisi ötən gecə İtaliya paytaxtının mərkəzində yerləşən məşhur İspan pilləkənlərinin bir neçə pilləsini zədələyən “Maserati” markalı avtomobilin sürücüsünü axtarır.

Müşahidə kameralarının görüntüləri əsasında axtarılan şəxsin hadisə yerindən qaçdığı bildirlir.

Qanunu pozan sürücü tarixi abidəyə ziyan vurmaqda ittiham olunur və ondan bərpa xərclərinin də tutulacağı vurğulanıb.

Qeyd edək ki, Romanın İspan Meydanında 18-ci əsrin İspan pillələri ətrafındakı bölgə yalnız piyadalar üçün ərazi elan edilib və şəxsi avtomobillərin bura girişi qadağan olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir