İdman

Ən çox penalti təyin edilən liqalar: Azərbaycan çempionatı neçəncidir?

Sharing is caring!


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən çox penalti təyin olunan futbol çempionatlarının siyahısını açıqlayıb.

Azərbaycan Premyer Liqası cədvəlin 49-cu pilləsində qərarlaşıb. Ölkə çempionatında hər 291 dəqiqədən bir penalti təyin olunur.

Ən çox penalti təyin edilən çempionat Misir Liqasıdır (hər 172 dəqiqədən bir). Səudiyyə Ərəbistanı (178 dəqiqədən bir) və Rusiya çempionatları (187 dəqiqədən bir) ilk üçlükdə növbəti yerlərdədir.

Ən az penalti təyin edilən çempionat isə Yaponiya II liqasıdır. Orada hər 613 dəqiqədən bir komandalardan biri 11 metrlik cərimə zərbəsi ilə cəzalandırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir