İqtisadiyyat

Ticarət nümayəndəsi: “Azərbaycanın yeni dünya konyunkturuna uyğunlaşma şansı var”

Sharing is caring!


“Mövcud iqtisadi və geosiyasi vəziyyət Azərbaycanın enerji resursları, neft-kimya məhsulları və ərzaq məhsullarının tədarükü üçün yeni dünya konyunkturuna uyğunlaşma şansı yaradır”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu, iki istiqamətdə həyata keçirilə bilər – Rusiyanın Avropa bazarına tədarüklərində əvəzedici “oyunçu” olaraq, eyni zamanda, Rusiya taxılının və neft-qaz resurslarının Avropadan Asiyaya istiqamətləndirilməsi formatında: “Azərbaycan ilkin xammalın – karbohidrogenlərin və kənd təsərrüfatı məhsullarının emalının toplanması üçün infrastrukturun yaradılması ilə iqtisadiyyat və infrastrukturun yeni sahələrini əldə edəcək. Bu sahələrdən hazırkı şəraitdə daxili bazarın ehtiyacları üçün məhsulların saxlanılması və qismən emal edilməsi üçün istifadə oluna bilər. Bu, gələcəkdə öz istehsalımız hesabına əvəzlənə bilər”.

Ticarət nümayəndəsi Azərbaycan və Rusiyanın strateji tərəfdaş olduğunu, ticarət-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin, qarşılıqlı investisiyaların həcminin mütəmadi olaraq artdığını qeyd edib.

R.Əliyev bildirib ki, ölkələr arasında müvafiq nazirlik və idarələr vasitəsilə fəal dialoq aparılır:

“Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə 2024-cü ilə qədər fəaliyyət planı həyata keçirilir. Buraya ticarət, nəqliyyat infrastrukturu, elm əsaslı istehsal, iqtisadiyyatın səmərəliliyinin artırılması, turizm, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq üzrə altı yol xəritəsi daxildir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir