İdman

Avropa çempionu olan güləşçimiz: “Hamı məni çətin rəqib kimi görür”

Sharing is caring!


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Əliabbas Rzazadə çempionluğu barədə fikirlərini bildirib.

57 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olan idmançımız Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında həyatının ən gözəl günlərindən birini keçirdiyini söyləyib:

“Buraya çempion olmaq üçün gəlmişdim. Çox iddialı idim. Fəxr edirəm ki, Azərbaycan bayrağını dalğalandıra bildim. Çox gözəl hissdir. Bu, həyatımın ən gözəl günlərindən biri oldu. Keçən il finalda çox yaxın döyüşdə məğlub oldum. Bu gün “qızıl” qazana bildim və bu, əvvəlkindən çox fərqli hissdir”.

25 yaşlı sərbəst güləşçi artıq çətin rəqib kimi görüldüyünü vurğulayıb:

“İndi mən iddialı idmançıyam. Bu, mənim ilimdir və bu, mənim günümdür. Düşünürəm ki, mən o qədər də zəif deyiləm və hamı məni çətin rəqib kimi görür. Bundan sonrası asan olmayacaq, çünki məni güclü rəqiblər gözləyir”.

Gələcək hədəflərindən bəhs edən Ə.Rzazadə Olimpiya çempionu olmaq istədiyini deyib:

“Mən növbəti yarışları, ilk növbədə Serbiyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirəm. Olimpiya Oyunlarına lisenziya əldə etmək və daha sonra orada çempion olmaq istəyirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir