Dünya

İspaniya kraliçası geyimi ilə gülməli vəziyyətə düşdü – FOTO

İspaniya kraliçası Letisiya qatıldığı tədbirlərin birində gözlənilməz hadisə ilə üzləşib. Bununla belə, özünü itirməyən ülyahəzrət vəziyyətdən yumorla çıxa bilib. Hər şey Əlillər üçün Kral Şurasının iclasında baş verib. Belə ki, kraliça özü ilə eyni paltarda olan başqa bir qonaqla üzləşib. Bilindiyi kimi, dəbi izləyən hər bir qadın üçün ictimai tədbirdə eyni geyimdə başqasını görmək uğursuzluq hesab olunur. Ancaq […]

Dünya

ABŞ 2026-cı ildə nüvə kosmik gəmisini sınaqdan keçirəcək

ABŞ Müdafiə Nazirliyi kosmosda sərbəst hərəkət etmək üçün nüvə elektrik stansiyalarının yaradılmasını maliyyələşdirir. Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (MNQTLİ) kosmik gəminin hazırlanması proqramının ikinci və üçüncü fazalarının başlandığını elan edib. “Ay ətrafında çevik manevrlər üçün demonstrativ raket” proqramı 2020-ci ildə təqdim edilib və 2021-ci ilin aprelində icranın birinci fazasına start verilib. “Kosmosda manevr etmək […]

Dünya

Türkiyədə 19 yaşlı qız küçənin ortasında silahla qətlə yetirildi – VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda gənc qız yaşadığı məhəllədə sakinlərin gözü qarşısında öldürülüb. İlkin məlumata görə, Asiye Atalay adlı qız uzun müddət gənc oğlan tərəfindən təqib olunub. Ötən gecə isə oğlan Asiyə Atalayın yolunu kəsib. Tərəflər arasında mübahisə yaşanıb. Daha sonra silahını çıxaran şəxs qızın başına atəş açıb. Asiye Atalay yerindəcə həyatını itirib. Mənbə: Tv 100 […]

Dünya

Aİ Alina Kabayevanı sanksiyalar siyahısına əlavə etməyi təklif edib

Avropa İttifaqı (Aİ) bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevaya sanksiya tətbiq etməyi təklif edib. Bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, sanksiyalar siyahısı ittifaq üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər hələ də dəyişikliklərə məruz qala bilər. Qeyd edək ki, bir müddət əvvəl Fransanın Aİ-dəki sədrliyi “Twitter”də bildirmişdi ki, Aİ ölkələrinin daimi nümayəndələri […]

Gündəm

Aparıcı Zümrüd Bədəlovadan Əhməd Cavadın nəvəsinə biabırçı sual – VİDEO

ARB telekanalının bugünkü efirində, “Xəbər-ətər” proqramında biabırçı anlar yaşanıb. Xəbəral.az bildirir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb. Verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətinə gətirib.  Aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı  müsahibi təəccübləndirib. Anar Axundzadə təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cavab verib. Aparıcı bu […]

Dünya

İtaliya Ukraynaya hərbi yardımı davam etdirəcək

İtaliya Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, xüsusən də atəş nöqtələrini zərərsizləşdirmək üçün qurğularla təchiz edəcək. Bu barədə İtaliya müdafiə naziri Lorenzo Guerini bildirib. “Qanuna və “yerdəki” vəziyyətin inkişafına əsaslanaraq, İtaliya Ukraynaya Rusiyadan müdafiə məqsədilə, o cümlədən atəş nöqtələrini zərərsizləşdirmək üçün qurğular tədarük etməklə dəstəyini davam etdirəcək” – deyə o qeyd edib. Nazirin sözlərinə görə, […]

Kriminal

Bakıda ər həyat yoldaşını bıçaqlayıb

Bakının Xətai rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma baş verib. APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Belə ki, General Şıxlınski küçəsi 1A ünvanında yaşayan 1992-ci il təvəllüdlü Nadirli Jalə Əli qızı əri ilə mübahisə edərkən həyat yoldaşı onu bıçaqlayıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Onun vəziyyəti ağır qiymətləndirilir. […]