Dünya

Aİ Alina Kabayevanı sanksiyalar siyahısına əlavə etməyi təklif edib

Sharing is caring!

Avropa İttifaqı (Aİ) bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevaya sanksiya tətbiq etməyi təklif edib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, sanksiyalar siyahısı ittifaq üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər hələ də dəyişikliklərə məruz qala bilər.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın Aİ-dəki sədrliyi “Twitter”də bildirmişdi ki, Aİ ölkələrinin daimi nümayəndələri mayın 6-da Rusiya əleyhinə yeni sanksiyalar paketini müzakirə edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir