Gündəm

Aparıcı Zümrüd Bədəlovadan Əhməd Cavadın nəvəsinə biabırçı sual – VİDEO

Sharing is caring!

ARB telekanalının bugünkü efirində, “Xəbər-ətər” proqramında biabırçı anlar yaşanıb.

Xəbəral.az bildirir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb.

Verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətinə gətirib. 

Aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı  müsahibi təəccübləndirib.

Anar Axundzadə təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cavab verib.

Aparıcı bu dialoqun ardınca, “Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq” deyib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir