Dünya

İtaliya Ukraynaya hərbi yardımı davam etdirəcək

Sharing is caring!

İtaliya Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, xüsusən də atəş nöqtələrini zərərsizləşdirmək üçün qurğularla təchiz edəcək. Bu barədə İtaliya müdafiə naziri Lorenzo Guerini bildirib.

“Qanuna və “yerdəki” vəziyyətin inkişafına əsaslanaraq, İtaliya Ukraynaya Rusiyadan müdafiə məqsədilə, o cümlədən atəş nöqtələrini zərərsizləşdirmək üçün qurğular tədarük etməklə dəstəyini davam etdirəcək” – deyə o qeyd edib. Nazirin sözlərinə görə, İtaliya bundan əvvəl Ukraynaya tank əleyhinə silahlar, ultra qısa mənzilli hava hücumundan müdafiə sistemləri, minaatanlar, artilleriya sursatları, rabitə sistemləri, fərdi mühafizə vasitələri və təcili yardım dəstləri verib.

Qeyd olunur ki, ilin sonuna kimi Kiyevə hərbi texnika və formalar da göndəriləcək. Təchiz edilən materialların siyahısı gizli saxlanılır.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir