Dünya

Suriyada partlayış zamanı Rusiya hərbçisi öldü – Yaralılar var

Suriyanın şimalında yerləşən Haseke vilayətində Rusiya hərbi polisi yoxlamalar aparan zaman naməlum partlayıcı qurğu vasitəsilə  zirehli avtomobil partladılıb. “XəbərAl.az” Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə 1 hərbçi ölüb, 3-ü yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdiriliblər və onlara ilkin tibbi yardım göstərilib. Həyatları üçün təhlükə olmadığı bildirilir. Rusiya Müdafiə Nazirliyi ölən hərbçinin ailəsinə lazım olan bütün […]

Ana Səhfə Gündəm

Rektorun biznes imperiyası: Super marketlər, avtosalonlar, villalar…

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovun biznes şəbəkəsi ilə bağlı iddialar ortaya çıxıb. Məlumatda H. Məmmədov rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildiyi iddia olunub. Beləki, rektorun biznes şəbəkəsininin bir qismi ilə bağlı olan iddiada deyilir: “Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsalı və satışı mərkəzi, […]

İdman

“Bizim çocuklar” Bakıya bu mahnı ilə gəlir – Video

Türkiyə milli komandasının AVRO-2020 mahnısı təqdim edilib. “XəbərAl.az” xəbər verir ki, mahnını tanınmış müğənnilər Mustafa Sandal, Derya Uluğ və Eypio və İrmak Arıcı səsləndirib. “Bizim çocuklar” adlı mahnının müəllifi M.Sandaldır. Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu “A” qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – […]

Sosial

Hava nəqliyyatında COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişikliklər edib. “XəbərAl.az” xəbər verir ki, bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycandan yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir. Azərbaycana uçuşlar […]

MDB

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın “TikTok” və “WeChat”ın Amerikada bağlanması haqda fərmanlarını ləğv edib. “XəbərAl.az” xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb. Qeyd edilib ki, eyni zamanda həmin tətbiqlərin fəaliyyəti izləniləcək. Bayden ticarət nazirinə dövlət katibi, Pentaqon rəhbəri və kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə 120 gün ərzində fərdi məlumatların qorunması […]

İncəsənət

Ramiz Əzizbəyli vəfat etdi

Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı. Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun […]

MARAQLI

Sabah Günəş tutulacaq

İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma halqavari Günəş tutulmasıdır. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq. Bu Günəş tutulmasının halqavari fazası Rusiyanın, Qrenlandiyanın […]

Ölkə

Bu küçələrdə üç gün hərəkət məhdudlaşdırılır

Üç gün – iyunun 10, 11 və 12-də Bakının Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. “XəbərAl.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək, avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif […]

Mədəniyyət

“Dostluq” kinoteatrı sökülür? – Fotolar+Yenilənib

Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Dostluq” (Drujba) kinoteatrının söküləcəyi deyilir. “XəbərAl.az” xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 1952-ci ildə tikilən bina “Stalinist” memarlıq dövrünə məxsus abidədir. Memar sözügedən kinoteatrın yerində çoxmərtəbəli binanın tikiləcəyini iddia edib. Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət […]

Cəmiyyət

QARDAŞLIQ TELLƏRİNİ DAHA DA MÖHKƏMLƏNDİRƏK

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. İkiqardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın yeni formaları meydana çıxır. Qarabağın işğaldan azad olunmasıilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki […]