Şou-Biznes

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu

Xalq artisti Ağadadaş Ağayev bu gün üçüncü dəfə əməliyyat olunub. XəbərAl.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat davam edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib: “Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın […]

Gündəm

Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edildi

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub. XəbərAl.az xəbər verir ki, “Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib. Hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkənidir. XəbərAl.az

Sosial

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Fonddan verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır. XəbərAl.az

Dünya

Bir dəfəyə 10 uşaq dünyaya gətirdi – Fotolar

Cənubi Afrikanın Qautenq vilayətində yaşayan 37 yaşlı qadın bir dəfəyə 10 uşaq dünyaya gətirib. Xəbəral.az xarici mətbuata istinadən xəbər verir ki, mağaza müdiri çalışan Qosiame Tamara Sithol adlı qadın bununla dünya rekorduna imza atıb. Onun dünyaya gətirdiyi körpələrinin 7-si oğlan, 3-ü isə qızdır. Qeyd edək ki, Sitholdən əvvəl bu rekord 9 uşaq dünyaya gətirən Mali vətəndaşı […]

Müharibə

Fransalı senator: “Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə kömək etməlidir”

“Beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə kömək etməlidir”. XəbərAl.az xəbər verir ki, bunu Fransa Senatının üzvü Natali Qule tvitter səhifəsində yazıb. Qeyd edək ki, senator Azərbaycana səfər edib. O, səfər çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və agentliyinin əməkdaşları ilə görüşüb.