MDB

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın “TikTok” və “WeChat”ın Amerikada bağlanması haqda fərmanlarını ləğv edib.

“XəbərAl.az” xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb. Qeyd edilib ki, eyni zamanda həmin tətbiqlərin fəaliyyəti izləniləcək. Bayden ticarət nazirinə dövlət katibi, Pentaqon rəhbəri və kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə 120 gün ərzində fərdi məlumatların qorunması ilə bağlı tövsiyələrdən ibarət hesabat hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Tramp administrasiyası “TikTok” tətbiqetməsi vasitəsilə amerikalılar haqqında məlumatın Çin səlahiyyətlilərinə ötürüldüyünü iddia edirdi və bu səbəbdən hər iki tətbiqin fəaliyyətini qadağan edən fərman verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir