Hadisə

İttiham aktı: Sabiq nazir müavini 1 milyon 800 min manat rüşvət alıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. XəbərAl.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb. Daha sonra R.Bayramov elan olunmuş ittihamlarla özünü qismən […]

Cəmiyyət

İstifadəyə yararlı çimərliklərin ilkin siyahısı açıqlandı

“Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, həmçinin Zağulba çimərliyi baktereoloji baxımdan aparılmış müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər”. “XəbərAl.az” xəbər verir ki, bu barədə ETSN-in Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib. Onun sözlərinə görə, hazırda digər çimərliklərdə, o cümlədən bölgələrdə tədqiqatlar davam […]

MDB

Putinlə Baydenin İsveçrədə görüşü zamanı hava məkanı bağlanacaq

Rusiya və ABŞ Prezidentlərinin zirvə görüşü zamanı Cenevrə üzərindəki hava məkanı mülki təyyarələr üçün bağlana bilər. “XəbərAl.az” xəbər verir ki, bu barədə İsveçrə Federal Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyinin sözçüsü Lorens Frişknext “RİA Novosti”yə açıqlamasında bildirib. “Hava məkanını müşahidə etməyə hazırlıqlar davam edir. Hazırda daha ətraflı məlumat verə bilmərik. Potensial tədbirlər arasında hava məkanına nəzarət, […]

Tədbirlər

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

“Nar” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən “Qəhrəman övladları” yarışına dəstək oldu. “Həmrəy ol, qalib ol” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi qəhrəman övladlarının həyat tərzini istiqamətləndirmək, fiziki və psixi sağlamlıqlarını inkişaf etdirmək, onların bacarıqlarını ortaya çıxarmaq və idmana olan marağını artırmaqdır. Şəhid və […]

Təhsil

Məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydaları dəyişdirilir

“Məktəbəqədər təhsil haqqında” qanuna dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulla bağlı dəyişikliklər edilməsi təklif edilir. “XəbərAl.az” xəbər verir ki, qanunun 8.9-cu maddəsinə əsasən Vətən Müharibəsi iştirakçılarıyla bağlı bənd əlavə edilir.   Belə ki, yeni dəyişikliyə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, […]

Siyasət

Mehriban Əliyeva uşaqları təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və […]

Hərbi

Azərbaycan və Türkiyə hərbçiləri F-16-ların uçuşlarını izlədi — FOTOLAR

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Anatolian Phoenix-2021” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əvvəlcə qonaqlar Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrin nümunəvi uçuşlarını […]

Gündəm

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edir!

Müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər: – mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır; – müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır; – yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində […]

Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının komitə iclasları başlayır

Milli Məclisin bu ay keçiriləcək növbədənkənar sessiyasının komitə iclasları başlayır. XəbərAl.az xəbər verir ki, artıq iyunun 3-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə isə iki məsələ daxildir. Toplatıda əvvəlcə Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı müzakirəyə çıxarılacaq. Daha sonra isə deputatlar “Çernobıl qəzasının ləğvində iştirak […]

Asiya

Çində quş qripinin yeni növünə yoluxma qeydə alındı

Çində H10N3 quş qripi ştammına yoluxma faktı qeydə alınıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virus Szyansu əyalətində yaşayan 41 yaşlı kişidə aşkarlanıb. Pasientdə ilk simptomlar 23 apreldə yüksək hərarətlə başlayıb. 5 gün sonra isə o, yerli xəstəxanaların birinə yerləşdirilib. Çinin Yoluxucu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mayın 28-də […]