Ana Səhfə Gündəm

Atasını avtobusla vəzifəsiz, çipsi ilə “rütbəsiz” qoyan general oğlu — VİDEO

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucovun həbsdən yenicə çıxmış oğlu daha bir qalmaqallı hadisə ilə gündəmə gəlib. XəbərAl.az xəbər verir ki, hazırda vəzifəsiz qoyduğu atasının, belə çıxır ki rütbsinə güvənən general oğlu marketlərin birində çipsiləri yararsız hala salıb və bunu mobil […]

Araşdırma

Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?

Uzun illərdir Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini kimi çalışan Xalidə Bayramova vəzifə səlahiyyətlərindən sui-istifadə etməsiylə bağlı növbəti dəfə gündəmə gəlib. Hələ 3 il əvvəl onun adı 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün intihar edən Elinanın ölümü ölkədə uzun müddət müzakirələrə səbəb […]

Hadisə

Binadan üzərinə daş düşən 14 yaşlı oğlan vəfat etdi

Bakıda həyətdə gəzərkən binanın fasadından qopan daş parçası üzərinə düşən 14 yaşlı Əli Şabanov xəstəxanada vəfat edib. “XəbərAl.az” xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçası düşüb. “Kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ə.Şabanov bu gün vəfat edib. Məlumatı hüquq-mühafizə orqanlarından təsdiqləyiblər. XəbərAl.az

Xarici siyasət

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü – Foto

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanda səfərdə olan gürcü həmkarı David Zalkaliani ilə təkbətək görüşü başlayıb. “XəbərAl.az”ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında məlumat verilib. *** Hazırda xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan – Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir. XəbərAl.az

Gündəm

“Space” TV-nin yeni rəhbərindən ilk AÇIQLAMA

Xəbər verildiyi kimi, Ülviyyə Mikayılova “Space” televiziyasına yeni rəhbər təyin olunub. O, vəzifəsini sabahdan icra edəcəyini bildirib: “Bu gün məni kollektivə təqdim etdilər. Sabahdan tanışlığa başlayacam”. “Televiziyada hansı dəyişiklikləri edəcəksiniz?” sualına Ülviyyə Mikayılova belə cavab verib: “Hələ ki, bilmirəm. İşlərlə tanış olum”. Qeyd edək ki, bir müddət əvvəl kanalın rəhbəri Vaqif Mustafayev vəzifəsindən çıxarılmışdı. Onu […]

Siyasət

İlham Əliyev Gürcüstanın Baş naziri ilə nə danışdı?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib. “XəbərAl.az” xəbər verir ki, Gürcüstanın Baş nazirini salamlayan Prezident İlham Əliyev ölkələr arasındakı münasibətlərdən danışıb: “Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq və bizim qardaşlıq münasibətlərimizi gücləndirəcək. Xalqlarımız arasında […]

Media

“Space” TV-yə yeni rəhbər təyin olundu

“Space” televiziya kanalına yeni rəhbər təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı “Report”a təsdiq edib. Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. XəbərAl.az