Siyasət

ATƏT Azərbaycanın bu addımını alqışladı

“ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şefer (Amerika Birləşmiş Ştatları) Azərbaycanın erməni hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seryan Tamrazyanı sərbəst buraxmasını alqışlayır”. “XəbərAl.az” xəbər verir ki, bu barədə ATƏT-in saytında həmsədrlərin yayımladığı bəyanatda deyilir. Hər iki tərəf bütün əsirləri və həlak olanların qalıqlarının qarşılıqlı olaraq qaytarılmasına, eləcə də, humanitar öhdəliklərə […]

Cəmiyyət

Ramazanın 23-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 23-cü günüdür. “XəbərAl.az”ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da Bakıda imsak saat 03:57, iftar isə saat 19:56-dadır. Ramazan ayının 23-cü gününün duası: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”. Tərcüməsi: “İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən […]

Bölgə

“Beyləqan Şəhidləri” kitabı çap olunub

44 günlük Vətən müharibəsində canlarını fəda etmiş beyləqanlı igidlərin xatirəsinə “Beyləqan Şəhidləri” kitabı çap edilib. XəbərAl.az xəbər verir ki, bu barədə məlumatı kitabın müəllifi Ramil Hikmət verib. O, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə kitabın ideya müəllifi və çap olunmasına göstərdiyi dəstəyə görə, Azərbaycanın Macarıstandakı səfiri Vilayat Guliyevə minnətdarlığını bildirib.  Ramil Hikmət deyib […]

MDB

ABŞ Avropada son 25 ilin ən böyük təlimlərinə başlayıb

ABŞ Estoniyada son 25 ildə Avropadakı ən böyük təlimlərinə başlayıb. “XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Esotniya Müdafiə Qüvvələrinin baş qərargahının mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Swift Response” adlanan təlimlər “ABŞ-ın Avropadakı “Defender Europe” manevrinin başlanğıcı hesab olunur. Qərargahdan verilən məlumata görə, mayın 5-də Estoniya Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda ABŞ Ordusunun 41-ci […]

Sənaye və energetika

Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,01 ABŞ dolları, yaxud 3,02 % artıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,56 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]

İdman

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət edib. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. O, müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədiklərini bildirib: “Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab […]

Xarici siyasət

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb. “XəbərAl.az” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. XəbərAl.az

Dünya

Türkiyə və Rusiya birgə vaksin istehsal edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında “Sputnik V” vaksininin tədarükü məsələsi də gündəmdə olub. “XəbərAl.az” Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Türkiyə-Rusiya əlaqələrini inkişaf etdirəcək addımlar, COVID-19-la mübarizədə əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Ərdoğan aparılan vaksinasiya çərçivəsində Rusiyadan Türkiyəyə göndəriləcək “Sputnik […]